İzahlı lüğət

MƏSUL

sif [ər.] 1. Üzərinə məsuliyyət qoyulan, cavabdeh olan; cavabdeh, cavabdəhəndə, sorğulu. Mirzağa [Cəmiləni] istirahət evinin bir xidmətçisi və ya məsul bir işçisi zənn etdi. S.Hüseyn. Qəza komitəsinin məsul katibi Nəimovla Cəmil ilk dəfə görüşdü. Mir Cəlal. □ Məsul olmaq - cavabdeh olmaq, üzərində məsuliyyət olmaq. O, bu işə məsul olmaq istəmir.
2. Böyük əhəmiyyəti olan, çox mühüm, çox əhəmiyyətli; məsuliyyətli. O, bu çətin və məsul vəzifənin öhdəsindən istedadla gəlməkdə idi. Ə.Məmmədxanlı. Onlar belə bir məsul işə getdikləri üçün qürurlanırdılar.
I.Əfəndiyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

MIZ

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed