İzahlı lüğət

MƏSULİYYƏT

is. [ər.] Məsul olma, cavabdehlik. [Möhsünzadə] ona başqa bir şöbədə adi və məsuliyyəti az bir vəzifə təklif edirdi. S.Hüseyn. □ Məsuliyyət daşımaq cavabdeh olmaq. // Öz hərəkətindən, işindən doğa biləcək hər hansı pis nəticəni nəzərə alıb ona cavabdeh olma, məsul olma; cavabdehlik. [Balaş:] Dilbər, sən bilirsən ki, o biri kağız üçün iş hələ də məhkəmədədir. İndi də bunun məsuliyyəti! C.Cabbarlı. [Həkim:] Xəstənin azarı ağır olanda həkimin məsuliyyəti daha da artır. Ə.Vəliyev. Məsuliyyətə almaq - məhkəməyə vermək, məhkəmə məsuliyyətinə cəlb etmək. Cinayətkarı məsuliyyətə almaq. - [Sədr:] Müqəssirlər məsuliyyətə alınırlar. C.Cabbarlı. [Prokuror:] Hər bir iş üstündə adamı ləkələmək, məsuliyyətə almaq olmaz. S.Rəhimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed