
MƏXSUSsif [ər.] 1. Yalnız birinə aid olan. Mənə məxsus. Ozünə məxsus. Tələbəyə məxsus. // Xas olan. [Mirzağanın] özünə məxsus bir əxlaq və təbiəti, bir düşüncəsi vardı. S.Hüseyn. [Kərim baba] ..uşaqlara məxsus bir sevinclə sümsünü iri dodaqları arasına qısıb çalmağa başladı. A.Şaiq.
2. zərf Xüsusi olaraq, ayrıca. Mən bu sözləri məxsus sənə danışıram. O, məxsus mənim üçün gəlmişdi. - Bu pul ilə sən özün üçün məxsus bir alış-veriş aça bilərsən. Ə.Haqverdiyev. Paylaşın - Hamı bilsin
|