İzahlı lüğət

MİN

say. 1. Doqquz yüz doxsan doqquzdan sonra gələn ədəd, say - 1000. Min manat. Min nəflər. // Başqa saylarla birlikdə. Beş min kilo. İki min altı yüz adam. - Min doqquz yüz səkkizinci ilin ilk günləri çox soyuq keçirdi. M.Hüseyn.
Çoxlu, külli miqdarda, hədsiz, saysızhesabsız. Çöllər yuxudan olunca bidar; Min rəng çiçəklə doldu gülzar. A.Şaiq. Pəncərəsi ipəkpərdəli evlərdə min təlaş var; min həşir. R.Rza.
□ Min bir - çox, hədsiz. Min bir xəbər verir dünyadan bizə; Üstünü toz almış qalın kitablar. S.Vurğun. Min bir əməl arxasınca qoşmağı; Dürlü-dürlü ürəklərdən öyrəndim. M.Müşfiq. Min bir iztirab ilə keçən bir neçə saatda Əkbərin ürəyinə nələr gəlmədi? Mir Cəlal. Min cür, min cürə - çox, çoxlu, hədsiz, hədsiz-hesabsız, saysız. [Qarı:] Bağça desən, bağban desən var burda; Cana min cür dərman desən var burda. “Aşıq Qərib” . [Tapdıq] hər şeyə etiraz edir, hər sözə qulp qoyur, min cürə şıltaqlıq göstərirdi. Ə.Vəliyev. Min dərədən su götürmək - çox yerlərə baş vurmaq, çox şeydən danışmaq. Bir qrup adamlar da vardır ki, peşmansan bir söz sorasan, sənə cavab verincəyə qədər min dərədən su götürür. Qantəmir. Min yaşa! çox yaşa! var ol! Ömrün uzun olsun! (alqış ifadəsi). Min yaşamaq - uzun ömür sürmək, çox yaşamaq. [Kosa:] ..Bircə bu kələkdən də çıxsaydım, yəqin min yaşardım. S.Rəhimov. Mində bir - çox az təsadüf olunan, az-az rast gəlinən. Mindən biri - çox az, cüzi hissə. Sinədə yarələrim saydı, dedi, min, cərrah; Səhv edib, bu hələ mindən birinin sayı deyil. S.Ə.Şirvani.
min-min zərf və sif. Minlərcə, minlərlə sayılacaq qədər, son dərəcə çox, çoxlu. ..Atasından sonra köməksiz qalmağı və oxumağa məhəbbəti Bahadırı min-min fikirlərə salıb, bilmir idi ki, nə etsin. N.Nərimanov. Aydan işıqlıdır, gündən mənalı; Odur ilhamçısı minmin zəflərin. H.Arif.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed