İzahlı lüğət

MİNA

is. [fars.] 1. Metal və s. şeylərin üzərinə çəkilən rəngli şüşəvari təbəqə, çox incə və parlaq naxış. [Kəmərin] üstü bu qədər qiymətli deyildi, mina ilə işlənmişdi. M.S.Ordubadi. // Üzərinə mina ilə naxışlar çəkilmiş, minalı. Mina qab. Mina güldan.
Əlim qoydum əl üstə; Mina kəmər bel üstə; Bu gün yarım gələcək; Gedim, durum yol üstə. (Bayatı). Mina kuzənin altına çiçəklər və yarpaqlar döşənmişdi, yanında büllur qədəh, dürlü məzələr və çərəzlər vardı. Çəmənzəminli.
məc. Mina kimi parlaq, gözəl (obrazlı təşbehlərdə işlənir). Bəstəboylu, mina gərdənli; Zülflü siyah, var əndamı ağ ola. M.P.Vaqif. Zülflü şahmar, mina gərdən mötədil; Zəbərcəd gəlməli, misali-bülbül. Aşıq Ələsgər. Dişi örtən parlaq, möhkəm maddə, qabıq. Dişin minası.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

MUY

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed