
MİNARƏis. [ər.] Azan vermək üçün məscidlərin yanında və ya üstündə ucalan qüllə. [Molla Kazım:] Azançı Məşədi Səlimə deyin, çıxsın minarədə minacat çəksin. Ə.Haqverdiyev. Sübh açıla-açılmaya məscidlərin minarələrindən sübh azanının səsi eşidilərdi.
Sarabski. Dürrə .. göylərə ucalan minarələrin yanındakı kiçik bir daxmaya yetişdi. S.Vəliyev. Paylaşın - Hamı bilsin
|