
MİNİCİ1is. At minən, ata minib gedən; süvari. At minicisini tanıyar. (Ata. sözü). At naşı minicini üstündə saxlamaq istəmirdi. M.İbrahimov. // Mahir at minən adam, mahir at sürücüsü, yaxşı süvari. Kəndin lap məşhur miniciləri yığışdılar. “M.N.Lətif.” Ağlibas özgə bir minici; Vurdu məhmiz, o da at oynatdı. A.Səhhət. Qara oğlan .. özünü gələcəkdə böyük bir minici və atıcılardan hesab edirdi. S.Rəhimov.
Paylaşın - Hamı bilsin
|