İzahlı lüğət

MİNİK

is. 1. Bir yerə getmək üçün nəqliyyat vasitələrinin birinə minmiş adam. Ancaq tək-tük üstüörtülü faytonlar içində miniklər görünür. S.M.Qənizadə. Ikinci zəng vurulduqda miniklər vaqonlara minməyə başladılar. B.Talıblı. Nəqliyyat vasitələrindən hər hansı biri. Bu halda yengələri miniyindən düşürüb gəlinin yanına aparardılar. R.Əfəndiyev. Qatardan düşən adamlar durub minik gözləyirdilər. S.Vəliyev.
Sərnişin daşımağa məxsus, sərnişinlərə xidmət edən. ..Minik atından da artıq qoşqu atını mən xeyli dost tutaram. C.Məmmədquluzadə. Hər cür minik və yük maşınları arasıkəsilmədən o tərəf-bu tərəfə hərəkət edirdi. M.İbrahimov. Minik qatarı uzaqlaşdı. Mir Cəlal. Minmə işi, miniş. Saat 4-də minik başlandı. Minik qurtaran kimi avtobus yerindən tərpəndi.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

M

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed