
MİNNƏTÇİis. Özgə üçün başqasından bir şey xahiş edən, minnət edən. [Sona] qapısına gələn bir çox elçiləri, minnətçiləri boş yola saldı. Ə.Əbülhəsən. [Şahpəri Yusifə:] Gecəgündüz minnətçi minnətçi dalısınca gəlirdi, bəs necə oldu? B.Bayramov. □ Minnətçi düşmək - özgəsi üçün xahiş etmək, minnət etmək, vasitəçi olmaq. ..Başda Molla Qafar olmaqla, Kərbəlayı Hətəmxana neçə gün minnətçi düşüb onu yola gətirməyə çalışırlar. S.Rəhimov. Minnətçi getmək - birisi üçün xahişə getmək, iş düzəltmək üçün birisinin yanına getmək.
Paylaşın - Hamı bilsin
|