İzahlı lüğət

MİNNƏTDAR

sif [ər. minnət və fars. ...dar] 1. Birindən gördüyü yaxşılığa qarşı mütəşəkkir olan, minnətə qarşı özünü borclu hiss edən, yaxşılıq bilən, razılıq edən. ..[Qadir] özünü minnətdar göstərmək istəyən vəziyyətdə .. dedi. Ə.Əbülhəsən. [Fəridə Fərəcə:] Sağalan körpələr, minnətdar analar.. Vahidovlar familiyasını yaxşılıqla yad eləyər!.. Ə.Məmmədxanlı. // Minnətdarlıq ifadə edən. O, gözlərini açdı və minnətdar baxışla Oməri başdan-ayağa oxşadı. Çəmənzəminli. Minnətdar etmək - yaxşılıq qarşısında birini özünə borclu etmək. [Qətibə:] Gözəl Səba, - dedi, - sən məni bu xidmətinlə minnətdar edirsən. M.S.Ordubadi. Minnətdar olmaq - edilən yaxşılığa, hörmətə qarşı özünü birinin qabağında borclu saymaq. [Leyla:] Mənim həyatımı təhlükədən qurtardınız. Həmişə sizə minnətdar olacağam. M.S.Ordubadi. [İsmayılzadə:] Belə bir saray üçün neftçilərimiz hər zaman sizə minnətdar olacaqlar. Z.Xəlil.
2. Minnətdaram (minnətdarıq) şəklində çox razıyam (razıyıq), təşəkkür edirəm (edərik), özümü(zü) borclu hiss edirəm (edirik). Mən sənə ömrüm boyu ürəkdən minnətdaram; Gözə görünməsə də şərəflidir sənətin. S.Rüstəm. Dünyanı azacıq dərk etdiyimçün; Yenə gözlərimə minnətdaram mən. B.Vahabzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed