
MİNNƏTSİZsif və zərf Minnəti olmayan, minnət qoymayan, əvəzində heç bir şey istəməyən, minnət güdməyən. Ömrümə rövnəq verən, minnətsiz minnət çəkən, ağrıma dözən Ruqiyyə idi, Ruqiyyə... A.Divanbəyoğlu. [Qara Musa] ailəsini bəsləyəcək minnətsiz bir ələ güvənirkən, Tanrı onu da ona çox gördü. H.Cavid. // Heç bir qarşılıq tələb etməyən, əvəzsiz, təmənnasız. [Əsəd] geridə qalan ekskavatorçulara minnətsiz kömək edərdi. S.Vəliyev.
Paylaşın - Hamı bilsin
|