İzahlı lüğət

MİRAS

is. [ər.] 1. Ölən adamdan sonra varislərə qalan mal, mülk və s. Miras bölgüsü. Miras çatmaq. - Ağca xanım evində həmişə ata mirası deyib əzizlədiyi piləkli məxmərə altdan-yuxarı qəzəblə baxdı. Mir Cəlal. Lakin hələ ili tamam olmamış kişinin mirasına əl vurmaq yaramazdı. B.Bayramov.
Keçmiş dövrlərdən qalmış adət, ənənə və s. Atalar səpən oğullara mirasdır. (Ata. sözü). Sındırmaq asandır, yaratmaq çətin; Sənət mirasıdır əbədiyyətin. M.Rahim. □ Miras qalmaq - qabaqkı dövrlərdən irsən keçmək, çatmaq (hər hansı bir şey), yadigar qalmaq. Həlimə ölkəyə miras qalmış ətrafdakı bu xarabalıqlar və ona gülümsəyən gözəl gələcək haqqında düşünürdü. Ə.Məmmədxanlı. Övladlara miras qalmış anaların çox adəti. M.Dilbazi. Mirasa qalmış! - qarğış, nifrin məqamında işlənir. Nisabəyim xanım içəri girib: - Götür mirasa qalmış təsbehi! - deyə Rəhim ağanın başına çalır. M.S.Ordubadi.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed