
MİSis. 1. Özlü və döyülə bilən qırmızımtıl metal - kimyəvi element. Mis mədəni. Mis külçəsi.
Bu metaldan düzəldilmiş. Mis kasa. Mis məcməyi. Mis nimçə. Mis pul. - Dədəbabadan qalma bir neçə parça mis qab var idi ki, Reyhan xanım onları birər-birər satmağa başladı. T.Ş.Simurq. Laçın cəldgetdi, bir mis ləyən və bir də qara aftafa gətirdi. H.Nəzərli. məc. Qırmızı-sarı, mis rəngində. Qaçay ilə Göyçək ani olaraq bir-birinə baxdılar. Ikisi də başını aşağı salıb qıpqırmızı misə döndülər. Ə.Vəliyev. Paylaşın - Hamı bilsin
|