İzahlı lüğət

MİSKİN

sif [ər.] 1. Fağır, biçarə, bədbəxt, yazıq. Leyli! - dedi, verdi cani-şirin; Ol aşiqi-biqərarü miskin. Füzuli. [Dərviş:] Şikarını itirmiş səyyad kimi boynuburuq məlul və miskin (z.) ocaq qırağında qaldım. A.Divanbəyoğlu.
2. Bacarıqsız, aciz, əlindən heç bir iş gəlməyən, düşkün. Miskin adam. - [Rəhim bəy] yalnız jandarm yanında deyil, öz doğma oğlunun da .. yanında xırda, miskin bir xəbərçi kimi biabır olmuşdu. M.Hüseyn.
miskin-miskin zərf Fağır-fağır, yazıqyazıq, aciz halda. Miskin-miskin gəzmək. Miskin-miskin baxmaq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

MOL

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed