İzahlı lüğət

MÖHLƏT

is. [ər.] 1. Vaxt vermə; bir işin görülməsi, yaxud vəd olunan bir şeyin yerinə yetirilməsi üçün verilən vaxt, müddət; icazəli vaxt. [Mahmud bəy:] Əşi, möhlət nədir, iş işdən keçib; Səlim bəy kişidir, möhkəm and içib. S.Rüstəm. // Ümumiyyətlə, bir işi görmək üçün tələb olunan vaxt, müddət. Gərək [pasport] çıxardam, bu da bir-iki həftə möhlət istəyir. Ə.Haqverdiyev. [Vəzir:] Əmir sağ olsun, sən Zeyddən qırx gün möhlət istə, bəlkə bu qırx günün ərzində bir əlac tapaq! Ü.Hacıbəyov. □ Möhlət almaq - bir işi yerinə yetirmək üçün vaxt almaq. [Sara bibi:] Mən də on beş gün möhlət alıb gəlmişəm. Qantəmir. Möhlət vermək - 1) bir işin müəyyən müddətdə yerinə yetirilməsi üçün vaxt vermək; 2) fürsət vermək, vaxt vermək, imkan vermək. Göz yumub aləmdən, istərdim açam rüxsarinə; Canım aldın, göz yumub açınca möhlət vermədin. Füzuli. [Əbdürrəhman bəy:] Arvad, sən atanın goru, ikicə dəqiqə mənə möhlət ver, gedəcəyəm. N.Vəzirov. [Hacı Saleh:] Sənin beş min manatını hazır etmişəm, ancaq altı yüzünə bir həftə möhlət ver. S.S.Axundov.
2. rəs. Bir işi müəyyən vaxta qədər təxir etmə. Orduya çağırışdan möhlət haqqında əmr.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed