
MÖHÜRLÜsif 1. Üzərində möhür olan, möhür vurulmuş, möhürlənmiş, möhürlə təsdiq edilmiş, möhrü olan. [Həsən paşa] hamı əhvalatdan hali olandan sonra çıxardıb xotkarın möhürlü naməsini [məclis əhlinə] oxudu. “Koroğlu” . ..Qoca öz sonbeşiyi Əlisanın əsgər geyimli şəklini, .. aydın möhürlü fərmanı nəzərdən keçirdi. S.Rəhimov.
2. Müəyyən vaxt bağlı qalması üçün möhür (surğuc) vurulmuş. Möhürlü kassa. - Gündə Peterburqdan Gorusa möhürlü paket gəlirdi. S.Rəhimov. Paylaşın - Hamı bilsin
|