İzahlı lüğət

MOLLALIQ

is. 1. Molla vəzifəsi, molla işi. O vaxt Molla Cəfərqulu hələ mollalıq, mərsiyəxanlıq edərdi. N.Nərimanov. [Yarməmməd] atasının mollalığını, anasının falçılığını gizlətdiyi üçün onu maarif şöbəsindən qovmuşdular. M.İbrahimov.
2. Keçmişdə: mollaxanada dərs demə; mollaxana müəllimliyi. Tahirzadənin buna haqqı yox idi. Çünki cibində mollalıq kağızı gəzdirmirdi. Mir Cəlal.
□ Mollalıq etmək məc. isteh. - boş nəsihət etmək, göstəriş vermək, ağıl öyrətmək. ..Sən mənə mollalıq eləmə, dəllək, - Ələmdar dönüb dəlləyin üzünə pis-pis baxdı. S.Rəhimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

MUY

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed