
MÖVCis. [ər.] klas. Dalğa, ləpə. Ağırağır bulud kimi fövclər; Gəlir, verir dərya kimi mövclər. A.Səhhət. [Xortdan:] ..Suyun mövcləri gəmini qoz qabığı kimi atıb-tuturdu. Ə.Haqverdiyev. □ Mövc vermək - dalğalanmaq, ləpələnmək. Coşdu, dəli könül coşdu; Mövc verdi, kəllədən aşdı. “Koroğlu” . Mövc vurmaq - dalğalanıb hərəkətə gəlmək. Camaat önü alınmış sel kimi meydanda burulub mövc vururdu. Mir Cəlal. Mövcə gəlmək bax mövclənmək.
Paylaşın - Hamı bilsin
|