
MÖVCİBİNCƏqoş. köhn. Görə, əsasən, binaən. [Şah:] Qoşunun .. məvacibi qibleyialəmin fərmanı mövcibincə və mənim imzam ilə vilayətlərin mədaxilindən həvalə olunur. M.F.Axundzadə. [Mirzə Məmmədqulu:] Camaat, bu gün cənab naçalnikin hökmü mövcibincə burada bir siyahi qərar verilib. C.Məmmədquluzadə.
Paylaşın - Hamı bilsin
|