MÖVHUMATis. [ər. “mövhum” söz. cəmi]
Əslində olmayıb xəyala, fikrə gətirilən şeylər; xəyalat. İnsanları cəhalətdə saxlayan dini görüşlər; xurafat, fanatizm. Mövhumatla mübarizə. - Dini mövhumat insanları daimi bir qorxu altında saxlayır, onların şüurunu kütləşdirir, təşəbbüs və bacarığını əlindən alır. M.Arif. [Ovçu anasına:] Mövhumat çəngəlində məhv olan sevgilimin intiqamını almalıyam. Ə.Məmmədxanlı. Paylaşın - Hamı bilsin
|