İzahlı lüğət

MÜALİCƏ

is. [ər.] 1. Xəstəni sağaltmaq üçün tibbi vasitələr tətbiq etmə. Müalicə yaxşı nəticə verdi. - Toğrulun yarası o qədər də ağır deyil, müalicəsinə başlanmışdır. M.S.Ordubadi. Müalicə Tapdığı yaxşı ayağa qaldırdı. Ə.Əbülhəsən. □ Müalicə etmək sağaltmaq üçün tibbi vasitələr tətbiq etmək. [Molla Kazım:] Belə arvadların çoxusunu mən müalicə etmişəm. Ə.Haqverdiyev. Müalicə olunmaq - sağalması üçün tibbi tədbirlər görülmək (görmək). Uşaq müalicə olunur.
Sağlıq olsa, sən həm müalicə olunacaq, həm dincələcəksən. Mir Cəlal. [Aydın Səmədə:] Siz gərək ağıllı-başlı müalicə olunasınız. H.Seyidbəyli. // Xəstəliyi sağaltmaq üçün görülən, tətbiq edilən tədbirlər. Qızdırmaya qarşı müalicə. Müalicə məqsədilə tətbiq olunan, müalicə ilə əlaqədar olan. Müalicə gimnastikası. Müalicə müəssisəsi. - Xalq təsərrüfatımızın ümumi inkişafında yaylaqlarımızın,.. müalicə sularımızın, kurortlarımızın iqtisadi əhəmiyyəti böyükdür. Ə.Vəliyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed