
MÜALİCƏPƏZİRsif. [ər. müalicə və fars. ...pəzir] köhn. Müalicəsi mümkün olan, müalicə nəticəsində sağala bilən, sağalan. Müalicəpəzir xəstəlik. - [Mirzə Mehdi:] Ancaq Gövhərtacın mərəzi müalicəpəzir mərəzlərdən deyil. Ə.Haqverdiyev. [Yaşlı kişi:] Çopurun müalicəpəzir olmayan dərdinin nə olduğunu mən [Şirinnazm] bu halından kəşf etdim. S.Hüseyn.
Paylaşın - Hamı bilsin
|