
MÜASİRsif. [ər.] 1. Başqası və ya başqaları ilə bir əsrdə, bir zamanda, bir dövrdə yaşamış olan və ya yaşayan; həməsr. Həsən bəy Zərdabi Mirzə Fətəli Axundzadənin müasiri idi. // İs. mənasında adətən cəm şəklində: müasirlərimiz - bizimlə bir əsrdə, bir dövrdə, bir vaxtda yaşayanlar.
2. İndiki əsrdə, hazırkı dövrdə olan. Müasir elm. Müasir ədəbi dil. Müasir dünyamızın problemləri. // Öz dövrünə uyğun olan, öz zamanının, əsrinin tələblərinə cavab verən. Müasir texnika. Müasir nəqliyyat vasitələri. Paylaşın - Hamı bilsin
|