İzahlı lüğət

MÜRUR

is. [ər.] 1. Keçmə, ötmə, keçib getmə (vaxt, zaman haqqında). □ Mürur etmək - keçmək, ötmək, keçib getmək. Zaman bir axar çay kimi axır, illər mürur edirdi. Cabbarlı. Əfsus, muradımca mürur etmədi dövran; Saldı məni taxtımdan edib zarüpərişan. Ə.Nəzmi. Müruri-əyyamla - gün(lər) keçdikcə. [Vaqif] müruri-əyyam ilə xanimərhumun ən müqərriblərindən birisi olubdur. F.Köçərli. Müruri-zamanla - zaman keçdikcə, vaxt keçdikcə. Müruri-zamanla oxlandı, töküldü; Ehramların daşı. O.Sarıvəlli.
“ilə” (-la) qoşması ilə - tədriclə, yavaş-yavaş, aramla. Əkin yerini yaxşılandıran vaxtda səy etmək gərək ki, onu sulayan su bir yerdə dayanmayıb mürur ilə axsın. “Əkinçi” . Amma biz onun mürur ilə elədikləri fədakarlığı ancaq edən vaxt düşünür(ük). C.Cabbarlı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed