
MÜRÜVVƏTis. [ər.] Mərd adama və həqiqi insana xas olan yaxşı sifətlər; rəhm, insaf, mərhəmət, insanlıq. Mürüvvət sahibi. Mürüvvətə əndazə olmaz. (Ata. sözü). Yox kimsədə insafü mürüvvət; Iblisəmi uymuş bəşəriyyət?! H.Cavid. Olmasaydı bizdə, yarəb, bu məhəbbət kaş ki; Ya olaydı bu gözəllərdə mürüvvət kaş ki. C.Cabbarlı. □ Mürüvvət etmək (eləmək) - rəhm etmək, mərhəmət göstərmək, insafa gəlmək, insanlıq göstərmək. Mürüvvətə gəlmək- b ax mürüvvət etmək.
Paylaşın - Hamı bilsin
|