İzahlı lüğət

MÜSAFİR

is. [ər.] 1. Səfər edən, səfərə gedən; səyahətə çıxan adam; səyahətçi. Keçdi çox illər, olmadı orda; Bir müsafir gəlib sirab olsun. A.Səhhət.
Mehmanxanalarda, karvansaralarda və s.-də müvəqqəti yaşayan adam. Tiflisdə Ismailiyyə mehmanxanasının üçüncü nömrəsinə iki nəfər müsafir düşmüşdü. C.Məmmədquluzadə. Geniş pilləkənlərlə üzüaşağı müsafirlər düşürdülər. S.Rəhimov. // Qonaq. Indi yanımca gəl, yapış əlimdən; Bir Muğan qızına müsafir gedək. S.Vurğun. Dostum, sənin yüz kərə olmuşam müsafirin; Durur ayaq izlərim torpağında, daşında. S.Rüstəm. Əziz müsafir üçün hərə bir tədarük görmüşdü. Mir Cəlal. Müsafir etmək - birini qonaq saxlamaq. [Seyyid:] Xofietmə, bacı, sən mən seyidi müsafir etdin. S.S.Axundov. Müsafir otağı - qonaq otağı. [Ərən:] Haman qullar xörəkləri müsafir otağına daşımağa başladılar. Çəmənzəminli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed