İzahlı lüğət

MÜSAİD

sif. [ər.] Uyğun, əlverişli, münasib; bir şeyə imkan verən. Müsaid şərait. Müsaid vaxt. - Qızların əhvali-ruhiyyəsi bu kimi işlərə müsaid deyildir. A.Şaiq. □ Müsaid olmaq - əlverişli olmaq, müvafiq olmaq, münasib olmaq, imkan vermək. Ey Füzuli, əxtəri-bəxtim müsaid olmadı. Füzuli. [İlyas:] Vaxt müsaid olduğu zaman hər axşam bu bağçalarda, bu meşələrdə gəzirəm, - dedi. M.S.Ordubadi. Əgər şərait müsaid olsa idi, [Səməddən] lap böyük siyasət adamı çıxardı. B.Talıblı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed