İzahlı lüğət

MÜSAİDƏ

[ər.] 1. is. İzin, icazə, rüsxət. Qapıçı telefon ilə müdirdən müsaidə istəyib səyyahları içəri buraxdı. Çəmənzəminli. O, sonra aşağı qatda pəncərəyə yaxın oturmuş bir gəncin müsaidəsini alaraq tez pəncərə önünə keçdi. A.Şaiq. □ Müsaidə etmək bax müsaidə vermək. [Xanım:] Müsaidə edin, bir məktub yazım, qoyum. Çəmənzəminli. Müsaidə etsəydiniz, təcrübə üçün sizi lentə çəkərdik, - dedim. C.Cabbarlı. Müsaidə vermək - izin vermək, icazə, razılıq vermək, rüsxət vermək. Mən onun davam etməsinə müsaidə vermədim. Mir Cəlal. Müsaidənizlə şəklində zərf- icazənizlə, izin versəniz. Müsaidənizlə bir neçəsini təqdim etmək istəyirəm. T.Ş.Simurq. [Yaşlı kişi:] Indi müsaidənizlə mətləb üstünə qayıdaq. S.Hüseyn.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed