İzahlı lüğət

MÜSBƏT

sif [ər.] 1. Razılıq bildirən, bəyənilən, etiraz doğurmayan. Müsbət cavab. Müsbət rəy. Müsbət qiymət almaq. Müsbət xasiyyətnamə. - [Aslan] hiss etdi ki, yaxşı adamların arasındadır, suala müsbət cavab verdi. S.Vəliyev. // Zərf mənasında. Məsələ müsbət həll olundu. Lazımi keyfiyyət və xassələrə malik olan, qəbul edilə bilən, ümidləri doğruldan; yaxşı. Müsbət təsir. - Səba xanım başladığı oyunun müsbət nəticə verəcəyinə ümid bəsləmirdi. M.S.Ordubadi. // Yaxşı xüsusiyyətləri ilə ətrafındakılardan seçilən, nümunə ola bilən. Müsbət tip. Müsbət surət. - Çobanlar və başqa müsbət qəhrəmanlar xalqın nümayəndələridir. M.İbrahimov.
riyaz. Sıfırdan böyük. Adi ədədləri mənfi ədədlərdən fərqləndirmək üçün onlara müsbət ədədlər adı verilmişdir. Z.Xəlilov. // Sıfırdan yuxarı olan hava temperaturunu göstərmək üçün işlədilir. Müsbət (+) 15° isti.
fiz. Hissəcikləri proton, pozitron və s.dən ibarət elektrik növünə aid olan. Müsbət yük.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

MEH

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed