
MÜSƏLLAis. [ər.] din. 1. Müsəlmanlarda: cənazə namazı qılmaq üçün məscid yanında xüsusi yer; namazgah, namaz yeri.
2. Keçmişdə: şiddətli quraqlıq zamanı açıq yerə toplaşıb elliklə dua edərək Allahdan yağış istəmə ayini. □ Müsəllaya çıxmaq keçmişdə: elliklə dua edərək Allahdan yağış istəmək. Çox quraqlıq keçirdi bipayə; Xəlq çıxmışdılar müsəllayə. A.Səhhət. ..Birpara yerlərdə camaat müsəllaya çıxıb, Allahdan yağış istəyib. C.Məmmədquluzadə. [Ərən:] Dəfələrlə müsəllaya çıxılırsa da, göydən yerə bir damla belə düşmür. Çəmənzəminli. Paylaşın - Hamı bilsin
|