İzahlı lüğət

MUŞTULUQ

is. 1. Xeyir xəbər, şad xəbər, xoş xəbər, sevindirici söz; müjdə. Bəndalının səsi həyətdə böyük nicat xəbəri, bir muştuluq kimi səsləndi. Mir Cəlal. □ Muştuluğa getmək - xeyir xəbər aparmaq, şad xəbər vermək üçün getmək. [Xanmurad:] Muştuluğa gedirəm. İ.Əfəndiyev.
2. Xeyir (şad) xəbər gətirənə verilən şey, bəxşiş. ..Bu hamıya məlumdur ki, birinin oğlu olanda xəbər gətirib muştuluq alırlar. C.Məmmədquluzadə. Bilirsən ki, anandan muştuluq alım deyə; Mən özüm gedəcəyəm birbaş sizin şenliyə. Ə.Cəmil. [Dərzi:] Padşah, muştuluğumu ver, balaca oğlun Məlikməmmədin yerini deyim. Çəmənzəminli.
□ Muştuluğun borc olsun! - verilən xəbəri istehza ilə qarşıladıqda işlədilən ifadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

MAZ

MEY

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed