
MUZDis. [fars.] 1. Görülən iş müqabilində verilən əmək haqqı; zəhmət haqqı; haqq. Fəhləyə muzd vermək. - [Allahqulu:] Gündəlik muzdumuz çox az idi. S.S.Axundov. [fruz] .. balaca nəvəsinin muzdu ilə qazanılmış birparça çörəyə möhtacdır. Ə.Məmmədxanlı. // Görülən işin pulla dəyəri, haqqı. Işin muzdu nə olacaq?
2. məc. Qarşılıq, mükafat. [Koroğlu:] Mənim də atam ömrünü, gününü Həsən xanın qapısında çürütmüşdü, axırda muzdu o oldu ki, xan gözlərini çıxartdırdı. “Koroğlu” . [Soltan bəy Əsgərə:] Sənin muzdun bu olar ki, mənim kimi bəylə qohum olarsan. Ü.Hacıbəyov. Paylaşın - Hamı bilsin
|