
NAÇALNİKis. [rus. начальник] 1. Bir idarəyə, müəssisəyə rəhbərlik edən vəzifəli şəxs; müdir, rəis. Nikolay hospital naçalnikinə raportyazdı. Ə.Əbülhəsən. // Belə şəxslərə müraciət. [Usta Xəlilova:] Xoş gördük, yoldaş naçalnik! M.Hüseyn. [Kişi:] Belədir, naçalnik! - deyə çeşməyini alnına qaldırıb başını şübhə ilə buladı. S.Rəhimov.
İnqilabdan əvvəl: polis, jandarm rəisi. [Pirverdi bəy Kabla Qulamalıya:] Bu saat oğlun Mustafanı get, gətir cənab nəçərnikin hüzuruna! C.Məmmədquluzadə. Samovar üstə çaynik; Dostum olsun uryadnik; Dur, şikayətə gedək; Divan qursun naçalnik. Ə.Cavad. Paylaşın - Hamı bilsin
|