İzahlı lüğət

N (ID - 30373)

1. Azərbaycan əlifbasının iyirminci hərfi. bax en.
Adı çəkilmək istənilməyən yerə, hərbi hissəyə işarədir. N. şəhərində yaşamaq. N. hərbi hissəsi. - Mən N. qəzasında pristav idim. Qılıncımın dalı da kəsirdi, qabağı...

NAAVAND (ID - 30374)

sif. və zərf [fars.] Avand olmayan, qolay olmayan, qolaysız. □ Naavand düşmək (olmaq) - tərs gəlmək, düz gəlməmək, avand olmamaq. Iş naavand düşəndə, palta da diş çıxardar. (Ata. sözü).

NABALİĞ (ID - 30375)

sif. [fars. na... və ər. baliğ] köhn. Həddi-büluğa çatmamış. [Heydər bəy Tükəzə:] Ərin uşaq deyildi, nabaliğ deyildi, biz onu tovlayıb aparaydıq! M.F.Axundzadə. Tifli-nabaliğ ikən məktəbə etdikdə davam; Sən təcəlla eləyib...

NABAT (ID - 30376)

is. [ər.] Meyvə şirəsilə qənd qarışığından hazırlanan şəffaf kristallik şimi növü. Məşədi Hüseyn müştəriyə nabatı verəndən sonra Kərbəlayı Rzadan kağızı aldı.. C.Məmmədquluzadə. // məc. Çox şirin şey haqqında....

NABƏCA (ID - 30377)

sif. və zərf[fars.] köhn. Yersiz, münasibətsiz. Nabəca söz. Nabəcafikir. Nabəca hərəkət etmək. - Yox, əbəs fikirdir, xətadır bu; Nabəca, həm də narəvadır bu. A.Səhhət.

NABƏKAR (ID - 30378)

sif. və is. [fars.] köhn. 1. İşə yaramayan, boş.
2. Mərdimazar, yaramaz, alçaq. Nabəkar adam. - Bu şəhri-Qəzvində bir nəfər nabəkar peyda olubdur. M.F.Axundzadə. Düşeydi daş o günə kim, qəzet-məzet sözü çıxdı; Qəzet işin...

NABƏLƏD (ID - 30379)

sif. və is. [fars. na... və ər. bələd] 1. Bələd olmayan, tanımayan, başqa yerdən gəlmiş. Nabələd kor olar. (Məsəl). [Qəhrəman:] Qardaş, bunlar hər kəsdisə nabələd adama oxşayırlar. C.Məmmədquluzadə. Veys də, Zeynal və o...

NABƏLƏDLİK (ID - 30380)

NABUD (ID - 30381)

sif. [fars.] köhn. Olmayan, mövcud olmayan. Qüvvətin varsa, yaşarsan məsud; Yoxsa, şəksiz, olacaqsan nabud. A.Səhhət.

NACAQ (ID - 30382)

is. 1. Enliağızlı, qısasaplı balta. Necə oldusa .. ustanın əlindən yekə nacaq sürüşüb dənizə düşdü. M.Hüseyn.
2. Dərvişlərin əllərində gəzdirdikləri buna oxşar əl ağacı. Padşahla vəzir, hərəsi əlinə bir nacaq,...

NACİNS (ID - 30383)

sif. [fars. na... və ər. cins] 1. Cinsi təmiz olmayan, cinsi pozuq; cinssiz. Nacins qarpızın toxumu çox olar. (Ata. sözü).
Alçaq, nanəcib, rəzil. [Qətibə:] Nacins qız öz sevgilisini öldürmək istəmədiyi üçün oğlu ölmüş ana...

NACİNSLİK (ID - 30384)

is. Alçaqlıq, nanəciblik, rəzillik. [Nəcəfalı Qarakişiyə:] Elə nacinsliyin, bax, burda da üzə çıxdı. B.Bayramov.

NAÇAQ (ID - 30385)

sif. [fars.] bax nasaz 1-ci mənada. Neçə ildir naçağam. - Qarınqulu yeməkdə qoçaq olar, köməkdə naçaq. (Məsəl). [Tarverdi:] ..Mən iki aydır azarlıyam, üç ildir naçağam! M.F.Axundzadə. Bir gün sağ olursan, yeddi gün naçaq; Övrətlər...

NAÇAQLAMA (ID - 30386)

“Naçaqlamaq” dan f.is.

NAÇAQLAMAQ (ID - 30387)

f Xəstələnmək, azarlamaq. Gecə Şeyxin yanından mürəxxəs olandan sonra, eşşək səhrada naçaqlayıb vəfat elədi. E.Sultanov.

NAÇAQLIQ (ID - 30388)

b a x nasazlıq 1 -ci mənada.

NAÇALNİK (ID - 30389)

is. [rus. начальник] 1. Bir idarəyə, müəssisəyə rəhbərlik edən vəzifəli şəxs; müdir, rəis. Nikolay hospital naçalnikinə raportyazdı. Ə.Əbülhəsən. // Belə şəxslərə müraciət. [Usta Xəlilova:] Xoş gördük, yoldaş...

NAÇAR (ID - 30390)

sif. və zərf[fars.] Çarəsiz, əlacsız, naəlac. [Yusif şah] naçar ümuri-səltənətin icrasına iqdam etdi. M.F.Axundzadə. Aslan isə naçar öz qardaşını götürüb, bir balaca ev tutub orada sakin oldu. C.Cabbarlı. □ Naçar qalmaq (dayanmaq)...

NAÇARLIQ (ID - 30391)

NAÇİZ (ID - 30392)

sif [fars.] köhn. 1. Heç nəsiz.
Heç dərəcəsində olan, lap az.
Heç bir əhəmiyyəti olmayan.

NADAN (ID - 30393)

sif [fars.] 1. Cahil, avam, biliksiz, geridə qalmış, məlumatsız. Nadan adam. Nadanın biridir. - Ağıllı düşmən nadan dostdan yaxşıdır. (Ata. sözü). Ey nadan mollaların sözünə qulaq asıb, məndən bir neçə günlüyə üz çevirən...

NADANLIQ (ID - 30394)

is. Cahillik, avamlıq, gerilik, biliksizlik, mədəniyyətsizlik, cəhalət. Görünür, bu da bir siyasətdir, - deyə [Səməd] öz nadanlığından və bu cür nazik mətləbi belə gec düşündüyündən öz-özünə acıqlandı. Talıblı. Bu gün...

NADEL (ID - 30395)

[rus.] tar. 1917-ci il inqilabından qabaq Rusiyada: kənd icmasında hər bir kəndli ailəsinin istifadəsinə verilmək üçün ayrılan kiçik torpaq hissəsi; kəsik. İskəndərin atası əkinçi idi, 1-2 xalvar əlində nadel torpağı, qapısında...

NADFİL (ID - 30396)

is. Xırda dişləri (kərtmələri) olan kiçik yegə.

NADİDƏ (ID - 30397)

sif [fars.] köhn. 1. Görünməmiş, misilsiz, bərabəri olmayan.
2. Qiymətli, az tapılan, az ələ düşən.

NADİNC (ID - 30398)

sif 1. Dəcəl, şuluq, dinc oturmayan. Nadinc qız. - Çünki yazıq Cəmil doğrusu çox nadinc idi. C.Məmmədquluzadə. Nadinc uşaqlar.. bağırışırdılar: - Molla Qasım, qaç, xortdan gəldi. S.S.Axundov.
məc. Dinc oturmayan, ona-buna sataşan,...

NADİNCLİK (ID - 30399)

is. 1. Dəcəllik, şuluqluq. Nadinclik etmək. - O, öz nadincliyindən zövq alan bir dəcəl kimi şən-şən gülümsəyir. M.Rzaquluzadə.
2. Dinc oturmama, rahat oturmama, ara qarışdırma. Hökumət rəiyyətin nadincini sevir, çünki onlar...

NADİR (ID - 30400)

sif. [ər.] Aztapılan, az təsadüf edilən, az ələ düşən. Nadir kitab. Nadir əlyazması. Nadir şey. - Səxavət olmayan kəsdə şücaət feli nadirdir; Kərəmsiz kimsəni hər yerdə gördüm, bihünər gördüm. M.V.Vidadi. Nadir hallarda...

NADİRÜLVÜCUD (ID - 30401)

sif. [ər.] köhn. Müstəsna, çox az tapılan, nadir hallarda təsadüf edilə bilən. Nadirülvücud şəxs. - Müsəlmanlar arasında belə bir abdar əşar müsənnifləri nadirülvücuddur. F.Köçərli.

NADÜRÜST (ID - 30402)

sif. və is. [fars.] Fırıldaqçı, kələkbaz, hiyləbaz, əliəyri, cüvəllağı, haramzadə. [Gileygüzarov:] Arvad, gələn dəfə bu nadürüstü çağırsaq hər ikimizin atasına lənət! S.Rüstəm. Nərgizə baxıram; Mənə kəm baxan; Nadürüst...

NADÜRÜSTLÜK (ID - 30403)

is. Fırıldaqçılıq, hiyləbazlıq, əliəyrilik, haramzadəlik. [Cənnətəli ağa:] Qırışmal oğlu, nadürüstlük sənin özündəndir. Papağın yırtılar birini də allam.. N.Vəzirov.

NAEHMAL (ID - 30404)

[fars. na... və ər. ehmal] bax ehmalsız. Naehmal hərəkət. Naehmal danışıq.

NAƏHL (ID - 30405)

sif. [fars. na... və ər. əhl] Ləyaqətsiz, yaramaz, tərbiyəsiz, qanmaz. Naəhl adam. // İs. mənasında. Danışdın qaş-göz ilə hər ötən naəhl ilə, zalım! Q.Zakir. Naəhl olana mətləbi qandırmaq olurmu? M.Ə.Sabir. Nakəslər və naəhllər...

NAƏHLLİK (ID - 30406)

is. Ləyaqətsizlik, yaramazlıq, rəzillik, alçaqlıq, nanəciblik.

NAƏLAC (ID - 30407)

[fars. na... və ər. əlac] 1. Bax əlacsız 2-ci mənada. [İmran:] Bu gecəliyə qonaq olmağı rica etdi, naəlac qalıb razı oldum. S.S.Axundov. Insanın sevgilisi, istəklisi, məşuqəsi əğyar ilə oturub, oynayıb gülsün, insan özü isə...

NAƏLACLIQ (ID - 30408)

b a x əlacsızlıq. [Əsəd] naəlaclıqdan yardım arayan adam kimi.. məktəb xidmətçisinə müraciət etdi. B.Talıblı.

NAFTALAN (ID - 30409)

is. [yun.] Yumşaq kütlə halında olan, dezinfeksiyaedici, ağrıkəsici dərman preparatı.

NAFTALİN (ID - 30410)

[yun. naphtha - neft] Kəskin iyli ağ kristallik maddə (texnikada, habelə yun və dərini güvədən qorumaq üçün işlədilir). Nafitalin səpmək. Nafitalin iyi.
□ Naftalin iyi vermək - köhnəlmiş, vaxtı keçmiş şey haqqında. [Veysəl...

NAFTALİNLƏMƏ (ID - 30411)

"Naftalinləmək” dən f.is.

NAFTALİNLƏMƏK (ID - 30412)

f. Güvədən qorumaq üçün naftalin səpmək, naftalin tökmək. [Musanın nəvəsi] köhnə kostyumlarını naftalinləyib sandığa yığdı. Qantəmir. [Adil:] Bir neçə gündən sonra atam anamın paltarını naftalinləyib sandığa yığdı....

NAFTALİNLƏNMƏ (ID - 30413)

“Naftalinlənmək” dən f.is.

NAFTALİNLƏNMƏK (ID - 30414)

məch. Güvədən qorumaq üçün naftalin səpilmək, naftalin tökülmək. Xalçalar naftalinlənib.

NAFTALİNLİ (ID - 30415)

sif Naftalin səpilmiş, naftalin tökülmüş, naftalinə qoyulmuş. Naftalinli palto.

NAFTOL (ID - 30416)

[yun. naphtha - neft və lat. ol(eum) - yağ] Naftalindən alınan və boya rəngləyici maddəsi kimi istifadə edilən kimyəvi birləşmə.

NAGAH (ID - 30417)

zərf[fars.] Qəfildən, birdən, gözlənilmədən, xəbərsiz, ansızın. Nagah gözəl bir quş uçub gəldi sədayə; Guya dedi; səbr eylə, a Səhhət, bu bəlayə. A.Səhhət. [Xortdan:] Nagah xəyalimə cəhənnəm düşdü. Ə.Haqverdiyev. Yolçular...

NAGAHAN (ID - 30418)

[fars.] 1. Bax nagahani. ..Orada cavanlar nagahan bəlalara düçar olurlar.. C.Məmmədquluzadə. ..Hələ ömrümdə belə nagahan şey görməmişəm. S.Rəhimov.
zərf Gözlənmədən, birdən-birə, qəfildən, xəbərsiz. Nagahan küçədə ucaldı...

NAGAHANİ (ID - 30419)

sif. və zərf Gözlənilməyən, gözlənilməz, naqafil. Nagahani dərd. - Müəllim kəndə vaxtından əvvəl qayıtdı. Onun belə gəlişi Telli üçün nagahani idi. S.Hüseyn. ..Nagahani bir səs onu bu xəyaldan ayırdı. M.İbrahimov. [Vahid:]...

NAGAHANİLİK (ID - 30420)

is. Gözlənilməzlik, naqafillik, ansızlıq.

NAGAHDAN, NAGAHANDAN (ID - 30421)

zərf Gözlənmədən, qəfildən, bilmədən, təsadüfən, birdən. Nagahdan gözlərim görəndə səni; Qalmadı canımda ixtiyar, gəlin! M.P.Vaqif. Nagahandan düşdüm belə dərdə mən; Necə çəkim eşq üzünə pərdə mən. Aşıq Pəri.

NAGÜMAN (ID - 30422)

sif. [fars.] Gümanı olmayan, inanmayan, ümidsiz. Nagümanam mən bu dərddən sağalım; Təbib birdir, dərd min birdir, yarə yüz. Aşıq Qurbani. □ Nagüman etmək (eləmək) - ümidsiz etmək, arzusunu ürəyində qoymaq. Sapan tək atma məni;...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed