NAXÜNƏKÇİLİK (ID - 30473)is. Naxünəkçinin xasiyyəti, sifəti. Naxünəkçilik eləmək.
|
NAİB (ID - 30474)is. [ər.] tar. 1. Böyük bir şəxsin yerini dolandıran şəxs; vəkil, canişin. Padşahın naibi.
Yerli inzibati idarə rəisi, kənd icması başçısı. Nahiyə naibi. Qəza naibi. Şəhər naibi. - Keşikçi [qasidi] naibin yanına götürdü.... |
NAİBLİK (ID - 30475)is. 1. Naibin işi, vəzifəsi; vəkillik, canişinlik. Naibin idarəsi altında olan yerlər.
|
NAİL (ID - 30476)[ər.]: nail olmaq - əldə etmək, müvəffəq olmaq, çatmaq, yetmək. Məqsədə nail olmaq. İstəyinə nail olmaq. - [Dərviş:] Dilədiyimiz arzuya nail olduq. A.Divanbəyoğlu. Beləliklə, Naşad əfəndi öz məqsəd və məramına nail olmuş(du)....
|
NAİLİYYƏT (ID - 30477)is. [ər.] 1. Hər hansı bir sahədə, işdə əldə edilmiş yaxşı nəticə; müvəffəqiyyət. Azərbaycan xalqı hər sahədə yeni və böyük nailiyyətlər əldə etmişdir. M.İbrahimov. [Qurban] qazdığı hər quyuda .. elm və texnikanın...
|
NAİNSAF (ID - 30478)[fars. na... və ər. insaf İnsafsız. Nainsaf qonşular Süleymanın bu qədər zəhmətinə baxmayıb, yenə də onu əvvəlki kimi “Süleyman” deyə çağırırdılar. B.Talıblı. // İs. mənasında. Nainsafın kəli qaçar. (Ata. sözü)....
|
NAİNSAFLIQ (ID - 30479)is. İnsafsızlıq. Nainsaflıq etmək. - [Ana:] Hərgah Ülkər qızı aparmaq istəyirsə, üz vurma. Balanı anadan ayırmaq nainsaflıqdır. Ə.Vəliyev.
|
NAKAM (ID - 30480)[fars.] bax kamsız. Nakam cavan. Nakam ölmək. Nakam məhəbbət. [Əbdül:] Sara da getdi! Yazıq qız, nakam qız! Onun ölümü mənim sinəmə bir dağ çəkdi. C.Cabbarlı. [Xan] gözlərini məchul bir nöqtəyə zilləmiş, igid oğlunun nakam...
|
NAKAMLIQ (ID - 30481)is. Kama yetməmə; kamsızlıq. Olsa nakamlığım gər o pərinin kamı; Dilidivanəni həq dəhrdə nakam eləsin. S.Ə.Şirvani.
|
NAKƏS (ID - 30482)sif və is. [fars.] Şərəfsiz, yaramaz, alçaq, rəzil. Nakəs adam danışıqnan saz olu; Kərəmdən kəm, səxavətdən az olu. Aşıq Ələsgər. // İs. mənasında. Mərdlər ilən gəz ki, vəfadar olur; Nakəslərə yoldaş olan xar olur. M.V.Vidadi....
|
NAKƏSLİK (ID - 30483)is. Alçaqlıq, rəzillik, yaramazlıq. Nakəslik eləmək.
|
NAKİŞİ (ID - 30484)sif Namərd, xain. Nakişi adam. // İs. mənasında. [Mürsəl:] İlqarından dönən, andını pozan, verdiyi sözə əməl eləməyən nakişidir! Ə.Vəliyev.
|
NAKİŞİLİK (ID - 30485)is. Namərdlik, xainlik. Onda nakişilik olardı, axı, sən Hacı Atakişisən, .. uşaq-muşağa baş qoşmayacaqsan ki.. - deyə Əmir gülümsündü. Ə.Abasov.
|
NAQABİL (ID - 30486)sif [fars. na... və ər. qabil]
Nalayiq, yersiz, münasibətsiz. Müdir cənablarına minnətdar olub, naqabil sözümdən üzr istəyirəm. Mir Cəlal. [Nənəqızın] dilinə naqabil kəlmə gəlməz, ağzından tikanlı söz çıxmazdı. Ə.Vəliyev.... |
NAQAFİL (ID - 30487)sif və zərf [fars. na... və ər. qafil] Qəfildən, birdən, nagahan, gözlənilmədən, xəbərsiz. Naqafıl azara düşmək. Naqafil söz demək. Naqafil gəlmək. - Az qalmışdı duram, bir özgə tərəfə üz qoyam, birdən, aha, rəfiqim Rzaqulu...
|
NAQAFİLLİK (ID - 30488)is. Gözlənilməzlik, nagahanlıq; gözlənilməz olma. Gəlişin naqafilliyi. Olümün naqafilliyi.
|
NAQAN (ID - 30489) |
NAQİL (ID - 30490)is. [ər.] 1. xüs. bax keçirici. Metal elektrik naqilidir.
köhn. Daşıyan, bir yerdən başqa bir yerə aparan, nəql edən. Mən ki böyük çayam, xalqa naqiləm; Səbəb odur bu qanuna tabeyəm. A.Səhhət. köhn. Nəql edən, rəvayət edən;... |
NAQİLLİK (ID - 30491)is. fiz. Nəql etmə, keçirtmə, ötürmə qabiliyyəti; keçiricilik. Metalların naqillik qabiliyyəti.
|
NAQİS (ID - 30492)sif. [ər.] 1. Tam və mükəmməl olmayan, yarımçıq, natamam, əskik. Naqis kitab. Naqis məktub. - Çağırdı yarımı əğyar, qaldı ülfəti naqis. S.Ə.Şirvani.
Eyib və qüsuru olan; nöqsanlı, eyibli, qüsurlu. Cahangir ağa zəif iradəli,... |
NAQİSLİK (ID - 30493)is. 1. Qüsurluluq, natamamlıq; qüsurlu, nöqsanlı olma. [Şagirdin] zəifliyi öz təbiətindən yox, bizim tərbiyə üsulumuzun naqisliyindən irəli gəlirmiş. M.Hüseyn.
2. Naqis olma, eyiblilik, eyib və qüsuru olma. Bir qadın kimi [Səidənin]... |
NAQİSÜLƏQL (ID - 30494)sif. [ər.] köhn. Ağıldan naqis, ağıldan zəif, kəm.
|
NAQQA, NAQQABALIĞI (ID - 30495)is. zool. Şirin suda yaşayan üstü pulsuz, bığlı, iri yırtıcı balıq. Dəryalar tutdu məni; Naqqalar uddu məni. (Bayatı). Naqqabalığın çəkisi ikipuda yaxın, uzunluğu təqribən iki metr idi.
|
NAQQAL (ID - 30496)sif. Çox, boş-boş danışmağı sevən; lağlağı, boş-boğaz, gəvəzə, çərənçi. Naqqal adam. - Bu şəhərin arvadları çox dilli-ağızlı, özləri də çox naqqaldırlar. “Mol. Nəsr.” . // İs. mənasında. Nəfs deyir: baxma naqqal...
|
NAQQALLAMA (ID - 30497)“Naqqallamaq” dan f.is.
|
NAQQALLAMAQ (ID - 30498)f. Naqqallıq etmək, boş-boş danışmaq, çərənləmək.
|
NAQQALLAŞMA (ID - 30499)“Naqqallaşmaq” dan f.is.
|
NAQQALLAŞMAQ (ID - 30500)f. 1. Naqqal olmaq, naqqallığa alışmaq, adət etmək.
2. Naqqallıq etmək, boş-boğazlıq etmək. Siz buyuruğunuzu buyurun, bəy, - [deyə] Alagöz naqqallaşmağa başlayan Müqim bəyin sözünü kəsdi. S.Rəhimov. |
NAQQALLIQ (ID - 30501)is. Boş-boş danışma; boş-boğazlıq, çərənçilik. [Nəcəf:] Sən naqqallıqdan nə vaxt əl çəkəcəksən? Bu iş sənə baha oturar. Q.İlkin □ Naqqallıq etmək (eləmək) boş-boş danışmaq, çox danışmaq, boş-boğazlıq etmək, çərənləmək....
|
NAQQAŞ (ID - 30502)is. [ər. nəqqaş] 1. Evlərin divarlarına, tavanına, şeylərin üstünə yağlı və ya sulu boya ilə naxış vuran sənətkar.
2. Rəssam, şəkilçəkən. Məcmuəmizin naqqaşı səni görən kimi gözəl surətini məcmuəmizə salıb sənin..... |
NAQQAŞKAR (ID - 30503)is. [ər. nəqqaş və fars. ...kar] Naxış ustası, naxış vuran sənətkar.
|
NAQQAŞKARLIQ (ID - 30504)bax naqqaşlıq. Naqqaşkarlıq etmək.
|
NAQQAŞLIQ (ID - 30505)is. 1. Naqqaşın işi, peşəsi; rəssamlıq.
2. Naxış vurma işi. [İsmayılzadə:] Yaxşı, yoldaş mühəndis, bəs sarayın naqqaşlıq işi necə olacaq? Z.Xəlil. |
NAQOLAY (ID - 30506)sif. və zərf Qolay olmayan; rahat olmayan. Naqolay stul. Naqolay oturmaq. Yerim çox naqolaydır.
|
NAQUS (ID - 30507)is. [ər.] klas. Kilsə zəngi. Taki səsləndi qəflətən naqus; Oldum ol vaxt büsbütün məyus. A.Səhhət.
|
NAL1 (ID - 30508)is. [ər. nəl] 1. Sürüşməkdən və zədələnməkdən qorumaq üçün at, qatır və s. heyvanların dımaqlarına vurulan müvafıq formada hazırlanmış dəmir lövhəcik.
2. Ayaqqabıların dabanına, bəzən pəncəsinin qabaq hissəsinə... |
NAL2 (ID - 30509)is. xüs. Tirin altına qoyulan ağac. Yeddi-səkkiz qadın Məşədinin yıxıq daxmasına hücum edir, qızlar daxmanın nallarına ip bağlayıb dartır, qara palçıqdan hörülmüş daşlar tökülür(dü).. Çəmənzəminli.
|
NALAN (ID - 30510)sif və zərf [fars.] Ağlayan, ahzar edən, inləyən, nalə edən, fəğan edən, göz yaşı tökən. Çox eşqə həvəs edəni gördüm ki, həvasın; Tərk etdi sənin aşiqi-nalanını görgəc. Füzuli. ..Bu yerdə Əmir və hamı daxil olub Leylanı...
|
NALAYİQ (ID - 30511)sif [fars. na... və ər. layiq] Layiq olmayan, yaraşmayan, layiqsiz. Nalayiq hərəkət. Nalayiq söz. - [Müəllim:] Uşaqlarınıza nəsihət edin, belə nalayiq hərəkətlərdən əl götürsünlər. Ə.Haqverdiyev. ..Amma bununla belə, yenə də...
|
NALAYİQLİK (ID - 30512)is. Layiq olmama, yaraşmazlıq, layiqsizlik; nalayiq hərəkət, söz.
|
NALBƏND (ID - 30513)is. [ər. nəl və fars. ...bənd] Heyvanların ayağına nal vuran; nalçı. Axsaq atın kor nalbəndi olar. (Məsəl). Koroğlu baxdı ki, nalbənd çox xoşsifət bir kişidir. “Koroğlu” . Bakıda ümumiyyətlə peşəkarlar: nalbənd, qundaqsaz,...
|
NALƏ (ID - 30514)is. [fars.] Ah-zar, inilti, sızıltı, fəryad, fəğan. Seyyid, aşiq olanı bilmişəm aşiqlər işin; Ah imiş, nalə imiş, giryə imiş, şivən imiş. S.Ə.Şirvani. Məsum uşaqların naləsi, məzlum anaların fəryadı göylərə səda salmışdı....
|
NALQIRAN (ID - 30515)sif Çınqıllıq, xırda daşlıq; naltökən. Bunlarsız aşmaq olmaz qısıq, dar gədikləri; Nalqıran yoxuşları, sıldırımlı dikləri. M.Müşfiq.
|
NALLAMA (ID - 30516)“Nallamaq” dan f.is.
|
NALLAMAQ (ID - 30517)f Nal vurmaq. Atı nallamaq.
|
NALLANMA (ID - 30518)“Nallanmaq” dan f.is.
|
NALLANMAQ (ID - 30519)məch. Nal vurulmaq. Dağlarda qar səsi var; Yox deyil, var səsi var; Kəhər atlar nallanır; Yenə səfər səsi var. (Bayatı).
|
NALLANMIŞ (ID - 30520)f.sif Nal vurulmuş; nallı. Nallanmış at.
|
NALLATMA (ID - 30521)“Nallatmaq” dan f.is.
|
NALLATMAQ (ID - 30522)icb. Nal vurdurmaq. [Koroğlu:] Yay olanda dağa yollat; Yaz olanda ipçin nallat! “Koroğlu” . [Niyaz] sabahı günü nalbənd çağırdı. Boz atı ipçin nallatdı. Ə.Vəliyev.
|
Bu səhifə dəfə baxılıb