İzahlı lüğət

NÖVBƏLƏŞMƏK (ID - 31223)

f Növbə ilə biri digərini əvəz etmək, ardıcıl dəyişilmək, bir-birinin ardınca gəlmək. Dastan şeirlə nəsrin növbələşməsi prinsipinə əsaslanır.

NÖVBƏLİ (ID - 31224)

sif Növbə ilə olan, növbəyə əsaslanan. □ Növbəli əkin - əkinçilikdə: dənli bitkilərin, otların ardıcıl surətdə əvəzlənməsi üsulu.

NÖVBƏNÖV (ID - 31225)

NÖVBƏSİZ (ID - 31226)

zərf Növbə gözləmədən, növbədənxaric, növbədənkənar. Növbəsiz içəri girmək. Növbəsiz bilet almaq.

NÖVBƏT (ID - 31227)

b ax növbə. Birgün növbət Mirzəyə gəlmişdi. Ə.Haqverdiyev. ..Gəlinlər bir-bir oynadılar, göyçək qızlar süzdülər, növbət gəlinə gəldi. Çəmənzəminli.

NÖVBƏTÇİ (ID - 31228)

is. 1. Növbədə durub qarovul çəkən; keşikçi, qarovulçu. Növbətçi postu. Sarxan dəmiryol stansiyası növbətçisinin evindən çıxıb aşağı endi. M.Hüseyn. Təpənin lap üstünə çatarkən növbətçidən bir əsər görmədi. H.Nəzərli.
sif...

NÖVBƏTÇİLİK (ID - 31229)

is. 1. Növbədə olma, növbədə durma. Növbətçiliyini bitirmək.
2. Növbətçinin vəzifəsi, işi.

NÖVBƏTİ (ID - 31230)

sif. [ər.] 1. Növbədə olan, növbə üzrə, birinci, ən yaxın olan. Növbəti məsələ. Növbəti vəzifə. - Diktor, qocaman ifaçının adını xüsusi bir məhəbbətlə çəkərək konsertin növbəti nömrəsini elan edir. Ə.Bəbəlbəyli....

NÖVCAVAN (ID - 31231)

sif və is. [fars.] Yeniyetmə, gənc. Ölüm həqdir, əmma növcavan ölmək nə müşküldür. M.V.Vidadi. Gözlərindi nərgis, qaşlarındı yay; Heç növcavan ola bilməz sənə tay. Q.Zakir.

NÖVHƏ (ID - 31232)

is. [ər.] Hava ilə ölüyə oxunan hüznlü şeir, matəm nəğməsi; mərsiyə. Növhə başlandı. - Hüseynəli sinəsini açıb başladı növhənin havası ilə şart-şart sinəsinə çırpmağa. Ə.Haqverdiyev.

NÖVHƏXAN (ID - 31233)

is. [ər. növhə və fars. ...xan] Növhə oxuyan, növhə deyən: mərsiyəxan. Məşədi Kazım ağa minbərin dibində növhə və fərd oxumaq üçün Təbrizin gözəl səsli gənc növhəxanlarını dəvət etmişdi. M.S.Ordubadi.

NÖVHƏXANLIQ (ID - 31234)

is. Növhəxanın işi, peşəsi; mərsiyəxanlıq. Hacılar cümlə növhəxanlıqda; Məşədilərsə canfəşanlıqda. M.S.Ordubadi.

NÖVLƏŞDİRİLMƏ (ID - 31235)

"Növləşdirilmək” dən f.is.

NÖVLƏŞDİRİLMƏK (ID - 31236)

məch. Növlərə ayrılmaq, növlər üzrə seçilmək.

NÖVLƏŞDİRMƏ (ID - 31237)

"Növləşdirmək” dən f.is.

NÖVLƏŞDİRMƏK (ID - 31238)

f Növlərə ayırmaq. Taxılı növləşdirmək.

NÖV-NÖV (ID - 31239)

bax növbənöv. Xülasə, qalan yüz on beş kağız da bu məzmunda növ-növ iftira və yalan! C.Məmmədquluzadə. Kitab da növ-növdür insanlar kimi; Bədsifət, acıdil olur bir çoxu. S.Vurğun.

NÖVRAQ (ID - 31240)

is. [ər. “rövnəq” sözünün təhrif forması] Bəzək, yaraşıq, lətafət, gözəllik, parlaqlıq. Qar tutub 0ah dağını; Don vurub növrağını; Çəkilib tülək tərlan; Sar alıb ovlağını. (Bayatı). // Məc. mənada. Gül büsatı,...

NÖVRƏS (ID - 31241)

sif [fars.] 1. Yeni yetişmiş, təzə, novbar. Növrəs meyvə.
2. Bax növrəstə. Dəhr vəqf etmiş məni növrəs cavanlar eşqinə. Füzuli.

NÖVRƏSİDƏ (ID - 31242)

[fars.] 1. Bax növrəstə. Növrəsidə, on üç, on dörd yaşında; Eyb olmaya kirpiyində, qaşında. M.P.Vaqif. Məgər heç düşünməz qəbahətini? Gedib növrəsidə cəvanə sevər. Q.Zakir.

NÖVRƏSTƏ (ID - 31243)

sif [fars.] Həddi-büluğa yetmiş, cavan, gənc. Növrəstə qız. Növrəstə oğlan. - Onda görürsən yıxılıb yanbayan; Bir neçə növrəstə cavan laybalay. M.Ə.Sabir. [İskəndər bəy:] Xala, sən nə diribaş qarısan? Mənə nə verərsən,...

NÖYÜT (ID - 31244)

is. dan. bax neft. [Qaçay:] Uç gündür Mirzə Cəmil nöyüt vermir, stansiyada da tapmırıq. Ə.Vəliyev.

NUBİYALI (ID - 31245)

is. Nil çayı (Afrika) sahillərində yaşayan xalq və həmin xalqa mənsub olan adam.

NUH (ID - 31246)

is. [ər.] Peyğəmbərlərdən birinin adı. Nuhun gəmisi.

NUQA (ID - 31247)

is. [fr.] Şəkər və qozdan hazırlanmış şirniyyat növü; qənnadı məmulatı.

NUMİZMATİK (ID - 31248)

[latıncadan] Numizmatika mütəxəssisi; qədim sikkələri və medalları yığan və tədqiq edən alim.

NUMİZMATİKA (ID - 31249)

[lat. numisma - pul] Qədim sikkə və medalları toplayıb tədqiq edən elm. [Səməndər:] İsi dayı, siz özünüz numizmatikadan yaxşı baş çıxarırsınız. B.Bayramov.

NUN (ID - 31250)

is. [ər.] Ərəb əlifbasında “o” şəklində yazılan hərfin adı. // məc. Klassik şeirdə gözəlin qaşları bu hərfə - qövsə oxşadılır. Qaşın bir nundur, çəkmiş qəza qüdrətdən. M.V.Vidadi.
□ Qəddi nun olmaq- bax qəddi...

NUR (ID - 31251)

is. [ər.] 1. Aydınlıq, işıq. Günəşin nuru ətrafı işıqlandırmışdır. - Yaz mövsümü endikcə səmadan yerə axşam; Gün nuru verir dağlara min rəngi-dilara. A.Səhhət. Çıxdı günəş, doldu cahan nur ilə; Cütçü sürür tarlada...

NURANİ (ID - 31252)

sif. [ər.] 1. Nurlu, işıqlı, aydın.
2. məc. Hörmətli, hörmətə layiq, müqəddəs simalı, üzündən nur yağan. Nurani qoca. Bahadır o nurani kişini unutsa da, özünün bu qədər gücsüz qələmə verilməyinə razı olmadı. M.Hüseyn....

NURANİLİK (ID - 31253)

is. Nurani və hörmətə layiq adamın halı. Beləliklə, günlər gəlib keçir. Mirzə Valehin dən düşmüş saqqalı dümağ olur, ətrafa bir nuranilik saçırdı. S.Rəhimov.

NURƏLƏNNUR (ID - 31254)

sif. [ər.] 1. Lap işıqlı. Ətraf nurələnnur idi.
2. məc. Yaxşıların yaxşısı, ən əla, ən yaxşı. Hanı mərd igidlər, boş qalıb yurdu; Səxavətdə Eldar nurələnnurdu. Aşıq Ələsgər. [Şeyx Səlim:] Əgər belə iş görsəniz,...

NURİ-ÇEŞMİM, NURİ-DİDƏM, NURİEYNİM (ID - 31255)

köhn. Çox istəkli, çox əziz adama nəvazişlə müraciət məqamında, ya onun haqqında deyilir: gözümün işığı (nuru). Səni Yusif bilib verdim könül mülkündə sultanlıq; Əzizim, nuri-eynim, sən gəda oğlu gədasanmış. S.Ə.Şirvani....

NURLANDIRMA (ID - 31256)

“Nurlandırmaq” dan f.is.

NURLANDIRMAQ (ID - 31257)

f. 1. İşıqlı etmək, işıqlandırmaq. Canlı bir məşəl; Qaranlıq gecəni nurlandırırdı. M.Rahim. Göy üzünə səpələnmiş, çiçək kimi açılmış ulduzlar ətrafı nurlandırmışdı. Ə.Vəliyev.
2. məc. Maarifləndirmək, mədəniyyətə...

NURLANMA (ID - 31258)

“Nurlanmaq” dan f.is.

NURLANMAQ (ID - 31259)

f. İşıqlanmaq, parlamaq. Üfüqlər bahar günəşinin ilk şəfəqləri ilə nurlanıb aydınlaşır. M.Rzaquluzadə.

NURLANMIŞ (ID - 31260)

f.sif. İşıqlanmış, işıq almış, işıq gəlmiş. Maya .. ilahi məhəbbət duyğularının işığı ilə nurlanmış gözlərilə Qaraşı süzdü. M.Ibrahimov.

NURLATMA (ID - 31261)

“Nurlatmaq” dan f.is.

NURLATMAQ (ID - 31262)

f. İşıqlandırmaq, nura boyamaq, nura qərq etmək. Gecənin nurladacaq alnını ay, ulduzlar; Səni yad eyləyəcək nazlı gəlinlər, qızlar. S.Rüstəm.

NURLU (ID - 31263)

sif. İşıqlı, aydın, parlaq. Doğrudan da bir an içində sabahın bu nurlu çağında hava qapqaranlıq oldu. M.Rzaquluzadə.

NURSAÇAN (ID - 31264)

sif. İşıq saçan, ziya saçan, nur səpən. Qoca Qaf dağından Şərqə nursaçan; Şanlı bir dövlətsən, azad, bəxtiyar. Ə.Cəmil.

NUŞ (ID - 31265)

is. [fars.] 1. klas. Dadlı, şirin. Qeyrə eylər bisəbəb min iltifat ol nuş ləb; Iltifat etməz mənə mütləq, nədir bilməm səbəb. Füzuli. Mən zəhr bildiyim məni-miskinə nuş imiş; Biganə sandığım mənə xud aşina imiş. S.Ə.Şirvani....

NUŞCAN (ID - 31266)

[fars.] Çox vaxt “olsun” feli ilə canına nuş olsun! canına sinsin! Nuşcan olsun, qardaşlar, doyunca yeyin, doymasanız, yenə verərik. C.Məmmədquluzadə.

NUŞCANLIQLA (ID - 31267)

zərf Ləzzətlə, həvəslə, canına sinə-sinə. Nisə bərk acmışdı, əlin atıb armud ağacından bir neçə armud dərib nuşcanlıqla yedi. (Nağıl).

NÜANS (ID - 31268)

[fr.] Hər hansı bir şeydə (səsdə, rəngdə və s.-də) incə fərq; çalar. Nüans musiqidə ayrı-ayrı frazalara - cümlələrə çox zərif tərzdə keçməyə deyilir. Ə.Bədəlbəyli.

NÜCƏBA (ID - 31269)

is. [ər. “nəcib” söz. cəmi] Nəcib adamlar, əsilli adamlar; kübarlar, zadəganlar. Belə idi adət əvvəl? Bəyə yalvarardı kasıb; Nücəbaləri görəndə ayağa durardı kasıb. M.Ə.Sabir. [Mirzə Əsgər:] Bir para adamı siz layiq...

NÜCUM (ID - 31270)

is. [ər. “nəcm” söz. cəmi] 1. Ulduzlar. Kövkəblər! Ey səmanı müzəyyən qılan nücum; Etmişmidir o yerlərə də seyli-qəm hücum? M.Hadi.
2. Ulduzlar və onların vəziyyətinə görə insan və onun taleyi haqqında hökm çıxarmağın...

NÜDRƏT (ID - 31271)

is. [ər.] Nadir olma, az tapılma, seyrəklik.

NÜDRƏTDƏ (ID - 31272)

zərf Nadir hallarda, nadir olaraq, bəzən, arabir, əyyamda bir dəfə. Nüdrətdə düşər şənbəyə novruz. (Məsəl).

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed