
NÖVRAQis. [ər. “rövnəq” sözünün təhrif forması] Bəzək, yaraşıq, lətafət, gözəllik, parlaqlıq. Qar tutub 0ah dağını; Don vurub növrağını; Çəkilib tülək tərlan; Sar alıb ovlağını. (Bayatı). // Məc. mənada. Gül büsatı, gül əndamı, gül üzü; Mənim üçün hər növrağı şirindir. Aşıq Ələsgər.
□ Növraq dönmək - zəmanə dəyişmək, əvvəlki işlərdən iz qalmamaq. [Qarı:] Növraq gör necə dönüb, a qız, qədim əyyamlarda çapqınçılığa, özü də harda, çöldə, kəndkəsəkdə gecə çıxardılar. Ə.Əbülhəsən. Paylaşın - Hamı bilsin
|