
NÖVRƏSTƏsif [fars.] Həddi-büluğa yetmiş, cavan, gənc. Növrəstə qız. Növrəstə oğlan. - Onda görürsən yıxılıb yanbayan; Bir neçə növrəstə cavan laybalay. M.Ə.Sabir. [İskəndər bəy:] Xala, sən nə diribaş qarısan? Mənə nə verərsən, sənə bir elə dava verim ki, növrəstə cavan olasan? N.Vəzirov.
Paylaşın - Hamı bilsin
|