NALLI (ID - 30523)sif Nal vurulmuş; nallanmış. Nallı at. - Əyilmiş çəkmənin nallı dabanı; Siyrilib papağın o yan-bu yanı. H.K.Sanılı.
|
NALŞƏKİLLİ (ID - 30524)sif Nala oxşayan, nal kimi olan; yarımdairəvi.
|
NALTÖKƏN (ID - 30525)bax nalqıran. Naltökənyamac. - Naltökən dağları yel kimi keçər; Hər zümrüdyamacdan bir çiçək seçər. S.Vurğun.
|
NAM (ID - 30526)is. [fars.] 1. Ad. Koroğlu namın götürən; Yurdunda son olan yoxdu. “Koroğlu” . Qəm yemə, təxfif ver amalına; Az çəkər, heykəl yaparlar namına. A.Səhhət. [Nümayəndə:] Torpaq komissarlığı namindən xəlayiqin səhhətinə bais...
|
NAMAZ (ID - 30527)is. [fars.] din. Müsəlmanların gündə beş dəfə müəyyən vaxtlarda müəyyən qaydalar üzrə icra etməli olduqları ibadət. □ Namaz qılmaq - bu ibadəti icra etmək. [Məşədi Əhməd] adəti üzrə ucadan sübh namazını qılırdı. S.Hüseyn....
|
NAMAZGAH (ID - 30528)is. [fars.] köhn. din. Namaz qılmaq üçün yer. [Birinci məmur] arqadaşına imamzadə ilə namazgahı göstərir. H.Cavid. 0ah məscidinin çox böyük səhnindən başqa, bir neçə namazgahı da vardı. P.Makulu.
|
NAMAZLIQ (ID - 30529)sif. dan. Üzərində namaz qılmaq üçün xalça, örtü və s. Namazlıq xalça.
|
NAMDAR (ID - 30530)sif. [fars.] klas. Ad qazanmış, adlı-sanlı, məşhur, şöhrətli, tanınmış. [Qərib:] Haq səni dünyada namdar eyləsin; Ağlaram, sızlaram, kimsəm yox mənim. “Aşıq Qərib” . Ikinci otaqda .. səfəviyyə nəslindən vəfat edən padşahların...
|
NAMEHRİBAN (ID - 30531)sif. və zərf [fars. na... və ər. mehriban] Mehriban olmayan, soyuq olan; sərt, şəfqətsiz. Əzəl gün mehr edərdin ta könül oldu giriftarın; Dönüb, ey səngdil, daşə, əcəb namehriban oldun. S.Ə.Şirvani. Rüstəm kişinin sözləri...
|
NAMEHRİBANLIQ (ID - 30532)is. Qeyri-mehribanlıq, şəfqətsizlik, münasibətdə soyuqluq, sərtlik.
|
NAMEYİ-ƏMAL (ID - 30533)is. [fars. namə və ər. əmal] Dini etiqada görə, hər bir şəxsin bu dünyada gördüyü bütün savab və günahları yazılmış kitabça. [Məşədi:] Ay qurbanın olum, nameyi-əmalımı mənə daldan göstərirsən, mənim ki başımın dalında...
|
NAMƏ (ID - 30534)is. [fars.] Məktub, kağız. Bir namə yazım, badi-səba yarə yetirsin. Heyran xanım. Vaqifin Vidadiyə və Vidadinin Vaqifə yazdıqları namələri möhtərəm oxucular mütaliə buyursalar sözümüzü təsdiq edərlər. F.Köçərli. [Vaqif:]...
|
NAMƏHRƏM (ID - 30535)[fars. na... və ər. məhrəm]
is. İslam dininə görə, qadının yaşınmalı olduğu kişi, yaxud kişinin görməyə ixtiyarı olmadığı qadın (qız). Naməhrəmdən yaşınmaq köhnədən qalma adətdir. - [Məşədi Qədir:] Yəni arvadlar... |
NAMƏQBUL (ID - 30536)sif. [fars. na... və ər. məqbul] Məqbul olmayan, qəbul oluna bilməyən, işə keçməyən. Naməqbul iş. // Münasib olmayan, namünasib. Mühərrir özgə bir əlac tapmayıb, məzkur həcvin bəzi naməqbul yerlərini atıb. F.Köçərli.
|
NAMƏLUM (ID - 30537)sif. [fars. na ... və ər. məlum] Məlum olmayan, tanınmayan, bilinməyən; məchul. Naməlum yer. - Naməlum adam çayı keçmək üçün körpüyəyanaşmadı. M.S.Ordubadi. [Qoca usta] əsəbi bir halda işləyir, arabir şübhəli nəzərlə naməlum...
|
NAMƏLUMLUQ (ID - 30538)is. 1. Məlum olmama, tanınmama, bilinməmə; məchulluq. Qeyri-müəyyənlik. ..Qarşıdakı naməlumluq .. Tapdığı qorxutmuşdu. Ə.Əbülhəsən.
|
NAMƏRBUT (ID - 30539)sif [fars. na... və ər. mərbut] Nalayiq, namünasib. Namərbut söz. [Fəxrəddin bəy:] Bilirsən nə var, ana, belə namərbut hərəkət ancaq bizim bu xaraba vilayətdə baş verə bilər.. N.Vəzirov. Camaat arasında namərbut, namünasib hərəkətlər...
|
NAMƏRD (ID - 30540)sif [fars.] Alçaq, müxənnəs, nakişi, əclaf. Namərd adam. // Vəfasız. [Serqo:] Gözəl eşqində könül yanar, sızlar; İnsaf mərhəmət yox namərd fələkdə. H.Cavid. Namərd çıxmaq - əhdi pozmaq, vəfasızlıq etmək, xain çıxmaq,...
|
NAMƏRDLİK (ID - 30541)is. Alçaqlıq, nakişilik; xainlik, xəyanət, vəfasızlıq, əhdi pozma. [Süleyman:] [Qızı] elə gəlmişkən özüm üçün istəyim! Yox, bu, yoldaş haqqında namərdlik olar. Ü.Hacıbəyov. Cavan bir adamın arzusunu könlündə qoymaq namərdlik...
|
NAMXUDA (ID - 30542)[fars. name-xuda] “Maşallah” , “gözə gəlməsin” , “göz dəyməsin” mənalarında işlədilən tərif sözü. [Heydərəli:] Maşallah, namxuda, heç builki kimi sən baş çapmamışdın. M.Əliyev. [Nənəqız:] ..Kişi eləyaxşılaşıb...
|
NAMİZƏD (ID - 30543)is. [fars.] 1. Bir vəzifəyə, yerə seçilmək, irəli çəkilmək, təyin və ya qəbul olunmaq üçün adı göstərilən şəxs. Deputatlığa namizəd. - [2-ci qadın:] Biz səni kənd Şurası sədrliyinə namizəd seçmişik. Ə.Haqverdiyev. Məcnun...
|
NAMİZƏDLİK (ID - 30544)is. 1. Namizəd (1-ci mənada) kimi çıxışetmə imkanı və ya hüququ. Namizədliyini irəli sürmək.
2. İlk, kiçik elmi dərəcə ilə əlaqədar olan. Namizədlik dərəcəsi. Namizədlik imtahanı. Mövzu götürüb namizədlik dissertasiyası... |
NAMLU (ID - 30545) |
NAM-NİŞAN (ID - 30546)is. [fars.] Ad, yer-yurd, əsilnəsəb mənasında. Nam-nişanını bilmək (öyrənmək). - [Hakim] arvadın nam-nişanını bilib, çıxıb gedir. “M.N.Lətif.”
|
NAMÖHKƏM (ID - 30547)sif [fars. na... və ər. möhkəm] Möhkəm olmayan, davamsız. Bu da göstərir ki, mövqeyim olduqca namöhkəmdir. M.S.Ordubadi.
|
NAMURAD (ID - 30548)sif və is. [fars. na... və ər. murad] Muradına çatmamış; uğursuz, bəxtsiz, talesiz. Rəhm et məni-zarü namurada; Qoyma bu məşəqqətü bəlada. Füzuli. Saqi, məni-namuradə; Dərdi-sər vermə ziyadə. Q.Zakir. Dar günümdə qohum-qardaş...
|
NAMUS (ID - 30549)is. [ər.] 1. İnsanın öz şəxsi və ictimai davranışmı təyin edən mənəvi və əxlaqi prinsiplərin məcmusu; şərəf, qeyrət, heysiyyət. [İmamverdi:] Bəy, namus bir bəyzadələrdə deyil, kasıb-küsubun da özünə görə namusu var...
|
NAMUSLU (ID - 30550)sif Abırlı, ismətli, əxlaqlı, qeyrətli, mənəviyyatca təmiz. [Anaxanım] namuslu və çalışqan bir qadın idi. A.Şaiq. [Dürrə] bilirdi ki, adaxlısı təmiz və namuslu adamdır. S.Vəliyev. // Təmiz, vicdanlı, düz. Namuslu adam. - Məşədi...
|
NAMUSSUZ (ID - 30551)sif Namusdan məhrum, namusu olmayan, qeyrətsiz. Namussuz kişi. [Sara:] Siz məni namussuz qızlaramı bənzədirsiniz! C.Cabbarlı.
|
NAMUSSUZLUQ (ID - 30552)is. Qeyrətsizlik, şərəfsizlik, namusdan məhrumluq. [Huri xanım:] Mən bu namussuzluğu götürə bilmərəm. “Koroğlu” .
|
NAMÜƏYYƏN (ID - 30553)sif [fars. na... və ər. müəyyən] Müəyyən olmayan, qeyri-müəyyən. Namüəyyən məlumat. - Cavablar da namüəyyən, qısa, kiçik olur, heç kəsi təmin etmirdi. Mir Cəlal.
|
NAMÜƏYYƏNLİK (ID - 30554)is. Qeyri-müəyyənlik, müəyyən olmama.
|
NAMÜMKÜN (ID - 30555)sif [fars. na... və ər. mümkün] Mümkün olmayan, qeyri-mümkün. [Vasif:] Onu qandırmış o xain, lakin; Mən sağ olduqca bu iş namümkün. H.Cavid.
|
NAMÜNASİB (ID - 30556)sif [fars. na... və ər. münasib] 1. Münasib olmayan, qeyri-münasib, yersiz. ..Ilin belə bir namünasib fəslinə baxmayaraq, təbiblərin əmrinə görə azarlını Tiflisə göndərməyə məcbur olduq. C.Məmmədquluzadə. Şərəfoğlunun belə...
|
NAMÜNASİBLİK (ID - 30557)is. Münasib olmama, qeyri-münasiblik, yersizlik.
|
NAMÜRÜVVƏT (ID - 30558)sif [fars. na... və ər. mürüvvət] Mürüvvəti olmayan, mürüvvətsiz, mərhəmətsiz. [Qədir:] Bu namürüvvət uşağını tanımırsanmı? Mir Cəlal.
|
NAMÜTƏNAHİ (ID - 30559)sif [fars. na... və ər. mütənahi] İntəhasız, nəhayətsiz, sonsuz, bitməyən, ucu-bucağı olmayan. [Əbülhəsən bəy:] Mənim varlığım, təbiri-cayizsə, təbiət fəlsəfələri kimi anlaşılmaz və axırı bilinməz namütənahi (z.)...
|
NAMVAR (ID - 30560)sif. [fars.] köhn. 1. Igid, qəhrəman, pəhləvan.
2. Adlı, sanlı. |
NAN (ID - 30561)is. [fars.] klas. Çörək. Kəl qoşub kotan əkməyən; Nanın süfrəyə tökməyən; Arının qəhrin çəkməyən; Balın qədrini nə bilir? “Koroğlu” . Ey dərbədər gəzib ürəyi qan olan çocuq! Bir loğma nan üçün gözü giryan olan...
|
NANAY (ID - 30562)is. Uzaq Şərqdə yaşayan xalq; həmin xalqa mənsub olan adam.
|
NANDİ (ID - 30563)is. Afrikada yaşayan qohum xalqlar qrupu.
|
NANDU (ID - 30564)is. Uça bilməyən quşlar qrupu; Amerika dəvəquşuları.
|
NANƏ (ID - 30565)[ər.] bot. Yeyilən çoxillik ətirli göyərti növü. Nanə qurutmaq. Öç dəstə nanə. Nanə cövhəri (arağı) - nanədən çəkilən araq, cövhər (təbabətdə işlədilir).
□ Ürəyi nanə yarpağı kimi (tək) əsmək (titrəmək) -... |
NANƏCİB (ID - 30566)sif və is. [fars. na... və ər. nəcib] Haqq-say itirən; nankor, şərəfsiz, yaramaz, namərd, bədəsil. Nanəcib adam. [Hafizə xanım:] Gəl bundan sonra nanəcibə yaxşılıq elə. Ə.Haqverdiyev. [Nəbi:] Amma bizim bu nanəcib bəylərimiz...
|
NANƏCİBLİK (ID - 30567)is. Namərdlik, şərəfsizlik, nankorluq, haqq-say itirmə. Kasıblıq eyib deyil, nanəciblik eyibdir. Mir Cəlal.
|
NANIX (ID - 30568)sif məh. Bacarıqsız, fərsiz.
|
NANKOR (ID - 30569)sif. və is. [fars.] Yaxşılıq bilməyən, haqq-say itirən, yaxşılığı yerə vuran, duz-çörək itirən. [Şeyx Hadi:] Mərvan! Görmədim mən sənin qədər nankor; Bir gözün kor deyil ki, vicdan kor! H.Cavid. [Gileygüzarov:] Mən bu hekayəni...
|
NANKORLUQ (ID - 30570)is. Yaxşılıq bilməmə, haqqsay itirmə, yaxşılığı yerə vurma. [Hümmətəli:] .. nankorluğun bu cür ağır bir fəlakətə gətirib çıxaracağını əvvəldən düşünmədiyinə görə peşmançılıq çəkirdi. M.Hüseyn.
|
NAPAK (ID - 30571)sif və is. [fars.] 1. Pak olmayan, təmiz olmayan, murdar. Napakı hamam təmizləməz. (Ata. sözü). Arvadın bu sözləri, deyəsən, usta Ağabalanın ağlına batdı, bir az saqqalını tumarlayıb dedi: - Onda gərək gedim qabaqca hamama, yoxsa...
|
NAR1 (ID - 30572)is. [fars.] Içərisində şəffaf pərdə ilə örtülmüş çoxlu turş, meyxoş və ya şirin dənələri olan sərt qabıqlı girdə meyvə. Gülöyşə nar. Şirin nar. Qırmızı nar. - Nar kollarının arasında üç əsgər söhbət edirdi. Ə.Əbülhəsən....
|
Bu səhifə dəfə baxılıb