
NANƏCİBsif və is. [fars. na... və ər. nəcib] Haqq-say itirən; nankor, şərəfsiz, yaramaz, namərd, bədəsil. Nanəcib adam. [Hafizə xanım:] Gəl bundan sonra nanəcibə yaxşılıq elə. Ə.Haqverdiyev. [Nəbi:] Amma bizim bu nanəcib bəylərimiz davam edirlər. S.S.Axundov. □ Nanəcib çıxmaq - yaxşılığını itirmək, haqq-say itirmək, zəhməti batırmaq. [Mələyin anası:] Gədə çox nanəcib çıxıb. M.Ibrahimov.
Paylaşın - Hamı bilsin
|