İzahlı lüğət

NAMÜNASİB

sif [fars. na... və ər. münasib] 1. Münasib olmayan, qeyri-münasib, yersiz. ..Ilin belə bir namünasib fəslinə baxmayaraq, təbiblərin əmrinə görə azarlını Tiflisə göndərməyə məcbur olduq. C.Məmmədquluzadə. Şərəfoğlunun belə namünasib vaxtda gəlməsi Rüstəm kişini çaşdırmışdı. M.İbrahimov. // Ləyaqətsiz, layiq olmayan; pis, yaraşmayan. Namünasib yerə gedib-gəlməyə; Namusu, qeyrəti, arı gərəkdir. Q.Zakir.
2. Ədəbsiz, yaramaz, nalayiq. Namünasib hərəkət. Namünasib söz. - [Vəzir:] Əyərçi namünasib təklifdir, amma müzayiqə yoxdur. M.F.Axundzadə. [Axund:] Özünüz, şükür, durbin adamsınız. Beşinci ildən, iğtişaşlardan sonra camaat arasında namərbut, namünasib hərəkətlər artıb. Mir Cəlal.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed