NİŞANÇILIQ (ID - 31073)is. Nişana atmaqda məharət, hədəfə vurmaq məharəti; snayperlik.
|
NİŞANƏ (ID - 31074)1. Bax nişan 1, 2 və 3-cü mənalarda. Mənə gizlin bir nişanə göndərdin; Aşkara başıma qaxmağın nədir? M.P.Vaqif. Gövhər özünü küçəyə atdı, qızdan bir nişanə görmədi. Çəmənzəminli. □ Nişanə olmaq hədəfə çevirmək,...
|
NİŞANGAH (ID - 31075)is. [fars.] 1. Bax nişan 3-cü mənada. Odlu
|
NİŞANLAMA (ID - 31076)“Nişanlamaq” dan f.is. Ailənin başqa üzvləri də altdan-altdan gah Şəmsiyyəyə, gah Səlimiyə baxır, bugünkü naharı rəsmi nişanlama kimi bir şey hesab edirdilər. M.İbrahimov.
|
NİŞANLAMAQ (ID - 31077)f 1. Cizgi, nöqtə və s. vasitəsilə nişan qoymaq, başqalarından fərqləndirici işarə qoymaq. Kitabın səhifələrini nişanlamaq. Pəncərəni nişanlamaq. - Turab Rəşidi buraxıb, qızın dalınca getdi, onun girdiyi evi nişanladı. M.Hüseyn.
Ad... |
NİŞANLANDIRMA (ID - 31078)“Nişanlandırmaq” dan f.is.
|
NİŞANLANDIRMAQ (ID - 31079)b a x nişanlamaq ci mənada. Ikinci xəbər bu idi ki, bacısını dayısı nişanlandırmışdı. S.Rəhman.
|
NİŞANLANMA (ID - 31080)“Nişanlanmaq” dan f.is.
|
NİŞANLANMAQ (ID - 31081)məch. 1. Bir nişan və ya fərqləndirici işarə qoyulmaq.
2. Ad olunmaq, nişan taxılmaq, adaxlanmaq. Bir həftə sonra doktor, Zibeydənin nişanlanmağını eşitdi. Çəmənzəminli. Bilmədən öylə nişanlandı ərə; Tutulub qaldı tükənməz... |
NİŞANLATMA (ID - 31082)“Nişanlatmaq” dan f.is.
|
NİŞANLATMAQ (ID - 31083)t-li. Nişan taxdırmaq, üzük verdirmək, ad elətdirmək.
|
NİŞANLI (ID - 31084)sif 1. Adaxlı, nişanlanmış, ad edilmiş, deyikli. Nişanlı qız. Nişanlı oğlan. // İs. mənasında. Dedi, nişanlıyam, özgə malıyam; Sındı qol-qanadım, yanıma düşdü. Aşıq Ələsgər. Gülsüm, yəni Vəliqulunun nişanlısı Vəliqulunu...
|
NİŞANSIZ (ID - 31085)sif Heç bir nişanı, əlaməti, izi olmayan. Bu oxu kim atıb, nişansız hədəf Hara dəyəcəkdir bu ox görəsən? S.Tahir.
|
NİŞASTA (ID - 31086)is. [fars.] 1. Bitkilərdən hasil edilən tərkibi una oxşar karbohidrat: kraxmal. Nişasta zavodu.
2. Bəzi bitkilərdən hazırlanan ağ, dadsız ovuntu (yeyinti, kimya, toxuculuq sənayesində işlənir). Kartof nişastası. Düyü nişastası.... |
NİŞASTALAMA (ID - 31087)“Nişastalamaq” dan f.is.
|
NİŞASTALAMAQ (ID - 31088)f Dəyişək döşəkağı və s. bu kimi şeylərə parıltı, bərklik vermək üçün nişastalı suya salmaq, nişasta vurmaq; kraxmallamaq. Balışüzlərini nişastalamaq.
|
NİŞASTALANMA (ID - 31089)“Nişastalanmaq” dan f.is.
|
NİŞASTALANMAQ (ID - 31090)məch. Nişasta vurulmaq, nişastalı suya salınmaq; kraxmallanmaq. ..[Muradın] nişastalanıb ütülənmiş, yaxası açıq ağ köynəyinə baxdım. İ.Əfəndiyev.
|
NİŞASTALANMIŞ (ID - 31091)f.sif Nişasta vurulmuş; nişastalı suya salınmış; kraxmallanmış. Üzərində ağ və nişastalanmış əl dəsmalları ehram kimi düzülən ağ örtüklü stollarda sükut hökm sürürdü. M.S.Ordubadi. [Zülfüqar oğlanın] .. nişastalanmış,...
|
NİŞASTALI (ID - 31092)sif 1. Nişasta vurulmuş, nişastaya salınmış; kraxmallı. Nişastalı yaxalıq. - Əynində qara bir libas; Başında nişastalı ləçək. N.Rəfibəyli.
2. Tərkibində nişasta olan. Kartof nişastalı bitkidir. |
NİŞASTASIZ (ID - 31093)sif 1. Nişasta vurulmamış; kraxmalsız. Nişastasız döşəkağı.
2. Tərkibində nişasta olmayan. |
NİTQ (ID - 31094)is. [ər.] 1. Danışma, fikrini sözlərlə ifadə etmə qabiliyyəti. Nitq üzvləri. Nitqi inkişaf etdirmək. // Danışıq, danışma tərzi;
tələffüz. Aydın nitq. Rəvan nitq. // Ümumiyyətlə, danışma, söz, kəlam. [Xurşid:] Sən mənimtək... |
NİTQPƏRDAZ (ID - 31095)is. [ər. nitq və fars. ...pərdaz] Nitq söyləməyi sevən, həmçinin nitq söyləmək qabiliyyəti olan (çox vaxt istehza məqamında deyilir). Həmişə nitqpərdaz olan Ağasəfər indi nə üçünsə zıqqana-zıqqana bir-iki söz güclə dedi....
|
NİTRASİYA (ID - 31096)is. [yun.] Üzvi birləşmələrin molekullarına nitro qrupu daxil edilməsi.
nitr..., nitro... [yun.] Azota aidlik bildirən kimyəvi, bioloji və s. terminlərin tərkib hissəsi; məs.: nitridlər, nitrifikasiya. |
NİTROQLİSERİN (ID - 31097)[yun.] Təbabətdə işlənilən, qan damarlarını genişləndirən dərman preparatı. Xəlilov uzun xiyabandakı ağac skamyada yanakı oturub.. nitroqliserin atırdı. M.Hüseyn.
|
NİVAL (ID - 31098)sif. [lat.] Qarlı, soyuq. Nival iqlim.
|
NİVXLƏR (ID - 31099)Amur çayının aşağı tərəfində və Saxalin adasında yaşayan xalq (giləklərin köhnə adı).
|
NİYABƏT (ID - 31100)is. [ər.] Vəkillik, naiblik.
|
NİYAZ (ID - 31101)is. [fars.] klas. 1. Yalvarış, yalvarma, mərhəmət istəmə, rica. □ Niyaz etmək (qılmaq) - yalvarmaq, mərhəmət istəmək, təmənna etmək.
köhn. Allah yolunda verilən şey, nəzir, sədəqə. Niyaz vermək. - Dua və niyazdan bir nəticə... |
NİYƏ (ID - 31102)“Nə üçün?” , “nə səbəbə?” , “nəyə görə?” mənalarında işlənən sual əvəzliyi (bəzən “niyə görə?” şəklində işlənir). Niyə dünən gəlmədin? Niyə bu işə razı oldun? [Telli:] Nə üçün, ay xanım, niyə...
|
NİYYƏT (ID - 31103)is. [ər.] 1. Məqsəd, məram, qəsd. Oxumaq niyyəti var. Niyyətini demək. Ov niyyətində olmaq. - Niyyətin hara, mənzilin də ora. (Ata. sözü). [Fərraşbaşı:] Bəli, Hacı Rəcəbəli Ağa Mərdan və Ağa Salmanın niyyətini duyub, şahzadəyə...
|
NİYSAN (ID - 31104)is. [sür.] Aprel (canlı dildə “leysan” şəklində işlənir). Niysan yağışı. // Niysanda yağan yağış.
|
NİZA (ID - 31105)is. [ər.] köhn. Çəkişmə, mübahisə, tutaşma, küsüşmə, qovğa, ixtilaf. Firqələr təşkil edilmiş anbaan; Olmamış əskik niza heç bir zaman. H.Cavid. [Aslan:] Ər ilə övrət arasında birlik olmayıb, niza, nifaq olarsa, onların övladları...
|
NİZAM (ID - 31106)is. [ər.] 1. Qayda, tərtib, üsul. Nizam yaratmaq, - ..Hacı Məcid Əfəndi cümə məscid mədrəsəsinin nizamını pozdu. C.Məmmədquluzadə. □ Nizam qoymaq qayda-qanun yaratmaq. [Mirzə Rza Fərhada:] Iranda dəmir yol çəkmək istəyirdin,...
|
NİZAMİ (ID - 31107)sif. [ər.] 1. Düzgün, tərtibli, mütəşəkkil, müntəzəm.
Ardıcıl hərbi hazırlıq keçmiş. Bir dəfə bizə əmr etdilər ki, orduda aşpaz olanlar bir tərəfə, nizami soldatlar isə başqa tərəfə keçsin. S.Vəliyev. □ Nizami qoşun... |
NİZAM-İNTİZAM (ID - 31108)is. [ər.] Müəyyən edilmiş qayda, üsul, qayda-qanun. Işdə nizam intizama riayət etmək. - Qabaq cərgələrdə nisbətən nizam-intizam vardı. S.Rəhman. Ey oğul, bil ki, adi adamların işlərində müəyyən bir qayda-qanun, nizam-intizam...
|
NİZAMLAMA (ID - 31109)“Nizamlamaq” dan f.is.
|
NİZAMLAMAQ (ID - 31110)f Nizama salmaq, qaydaya salmaq, müəyyən sistemlə düzmək.
|
NİZAMLANMA (ID - 31111)“Nizamlanmaq” dan f.is.
|
NİZAMLANMAQ (ID - 31112)f Nizama salınmaq, müəyyən qayda və sistemlə tənzimlənmək.
|
NİZAMLAYICI (ID - 31113)sif. 1. Nizama salan, qoyulmuş nizamı, qaydanı həyata keçirən. Küçə uzunu təhlükəsizlik xətləri çəkilir, habelə nizamlayıcı milis nəfərinin budkası və işıq fənərlərinin sütunları qoyulur. (Qəzetlərdən).
2. tex. Mexanizmin... |
NİZAMLI (ID - 31114)1. Bax nizami. [Məmmədhəsən ağa:] Rusiyyə ilə, - dedi, - anlaşmaq lazımdır, vaxta ki, özləri də buna müştaqdır, böyük məmləkətdir, nizamlı qoşunu var. Çəmənzəminli.
2. İntizamlı, nizam və intizama, qoyulmuş qayda-qanuna... |
NİZAMNAMƏ (ID - 31115)is. [ər. nizam və fars. namə] Hər hansı bir şeyin icrası və tətbiqi üçün müəyyən üsul və qaydalar; qanun, qərar, əmrnamə. Nizamnamə üzrə hərəkət etmək. // Hər hansı təşkilatın fəaliyyətini, quruluşunu müəyyən edən...
|
NİZAMSIZ (ID - 31116)sif və zərf 1. Səliqəsiz, qaydasız, qarmaqarışıq. Nizamsız ev. - Qız saçı, başı nizamsız özünü bayıra atır. H.Sarabski. Elə həmən gün Ülkər; Açaraq dolabları; Töküb yerə nizamsız; Düzülmüş kitabları. B.Vahabzadə.
2.... |
NİZAMSIZLIQ (ID - 31117)is. 1. Tərtibsizlik, qaydasızlıq, səliqəsizlik, qarı-şıqlıq, dağınıqlıq. Səltənət dərsə gedəndən sonra bəzən evdə nizamsızlıq olurdu. Mir Cəlal.
2. Qayda-qanunsuzluq, hərc-mərclik, qarmaqarışıqlıq, intizamsızlıq. Bir... |
NİZƏ (ID - 31118)is. [fars.] köhn. Uzun ağaca keçirilmiş ucu şiş, deşici qədim silah; cida, mizraq. Qarovul çiynində nizə o tərəf-bu tərəfə gəzir və bəzən nizəsinə söykənərək mürgüləyirdi. M.S.Ordubadi. O gündən şair Afaq ilə bərabər...
|
NİZƏÇİ (ID - 31119)is. köhn. Nizə ilə vuruşan; nizə gəzdirən, nizə ilə silahlanmış əsgər.
|
NİZƏLƏMƏ (ID - 31120)"Nizələmək” dən f.is.
|
NİZƏLƏMƏK (ID - 31121)f Nizə ilə vurmaq, nizə ilə deşmək.
□ Ürəyini nizələmək - b ax ürək. |
NOĞUL (ID - 31122)is. İçərisinə keşniş tumu qoyulmuş xırda, üstü kələ-kötür, yumru şimi növü. Xalq batıbdır noğla, şəkərə, qəndə; Bizim evdə axta zoğal da yoxdur. M.P.Vaqif. Iyirmi-otuz adam qız evində yeyib-içib, hərə cib yaylığına...
|
Bu səhifə dəfə baxılıb