
NİZAis. [ər.] köhn. Çəkişmə, mübahisə, tutaşma, küsüşmə, qovğa, ixtilaf. Firqələr təşkil edilmiş anbaan; Olmamış əskik niza heç bir zaman. H.Cavid. [Aslan:] Ər ilə övrət arasında birlik olmayıb, niza, nifaq olarsa, onların övladları necə ittifaqa, ittihada nail ola bilərlər? İ.Musabəyov. □ Niza etmək (eyləmək) - mübahisə etmək, bəhsləşmək, küsüşmək, dalaşmaq. Canı canan diləmiş, verməmək olmaz, ey dil; Nə niza eyləyəlim, ol nə sənindir, nə mənim. Füzuli.
Paylaşın - Hamı bilsin
|