NİZAMis. [ər.] 1. Qayda, tərtib, üsul. Nizam yaratmaq, - ..Hacı Məcid Əfəndi cümə məscid mədrəsəsinin nizamını pozdu. C.Məmmədquluzadə. □ Nizam qoymaq qayda-qanun yaratmaq. [Mirzə Rza Fərhada:] Iranda dəmir yol çəkmək istəyirdin, Iranda nizam qoymaq istəyirdin. C.Cabbarlı. Nizama düşmək - qaydaya düşmək, yoluna düşmək. Kasıb kəndçilərfirqəyə yazılırdılar, fəqət işlər hələ yaxşı bir nizama düşməmişdi. E.Sultanov. Nizama salmaq (qoymaq) - qaydaya salmaq, tənzim etmək, qayda yaratmaq, yoluna salmaq. Tələbə məclisi nizama saldı, lakin söylənən sözlər heç kəsi kafi dərəcədə məmnun etmədi. Çəmənzəminli. [Mirzə Sadıq:] Əvvəllər şah özü məmləkəti nizama salmaq istəyirdi. C.Cabbarlı. Nizamdan düşmək dağılmaq, pozulmaq, səliqədən düşmək.
Sıra, cərgə, səf, düzülüş. □ Nizama durmaq - sıralanmaq, cərgəyə durmaq, səf bağlamaq. Yenə düşmən gəlib nizama durdu; Naçalnik mat qalıb boynunu burdu. “Qaçaq Nəbi” . Nizamla şəklində zərfi- müəyyən qaydada, müəyyən üsulla, tərtibatla, düzgün sıra ilə, sistemlə. Kitabları nizamla düzmək. 0agirdləri nizamla oturtmaq. - Yenə öz sürünü nizamla düzüb; Baş alıb gedirsən hayana, ceyran? S.Vurğun. Paylaşın - Hamı bilsin
|