NOTSUZ (ID - 31173)sif və zərf Notu olmayan, notla ifa edilməyən. Notsuz musiqiçilər dəstəsi. Notsuz çalmaq.
|
NOV (ID - 31174)is. Su və s. axıtmaq üçün dəmirdən, ağacdan, daşdan və s.-dən yarımdairə şəklində düzəldilmiş axıntı yolu, su yolu; arx, kanal. Ağac nov. Saxsı nov. - [Qurban:] Onu dəyirmanın novundan salsan donuzluğundan diri çıxar. Ə.Haqverdiyev....
|
NOVATOR (ID - 31175)[lat. novator - yenilik yaradan] Hər hansı bir fəaliyyət sahəsində yeni, mütərəqqi fikirlər, prinsiplər, üsullar irəli sürən və həyata keçirən adam; yenilikçi. Novator şair. Istehsalat novatoru. - Alim və novatorlarımız .. məhsuldarlığı...
|
NOVATORLUQ (ID - 31176)is. Novatorun fəaliyyəti; yenilikçilik; yenilik. Novatorluq deyəndə, biz Sabirin, Molla Nəsrəddinin, habelə bu gün şerimizin ideya istiqamətini müəyyən edən .. ənənələrdən öyrənmək məsələsini irəli sürməliyik. R.Rza. [Xəlilov:]...
|
NOVBAHAR (ID - 31177)is. [fars.] klas. Yazın əvvəli. Novbahar olsun, gül olsun, arədə xar olmasun. Nəsimi. Ey əndəlib, səndə bu nə qanundur; Fəğan çəkmək novbaharı görəndə. Q.Zakir.
2. məc. Gənclik, cavanlıq mənasında. Ömrünün gülzarı xəzanə... |
NOVBAR (ID - 31178)sif. [fars.] 1. İlk yetişən meyvə; birinci, təzə meyvə. Novbar üzüm. Novbar yemiş. - [Yaylıq üzüm] tez yetişdiyinə görə novbar olur, çox sevilir, az tapılır, baha satılır. Mir Cəlal.
məc. İlk övlad mənasında. [Ananın] ömrünün... |
NOVCUQ (ID - 31179)is. Balaca nov.
|
NOVÇA (ID - 31180)is. Balaca nov. Qar şiddətlə əriyirdi, novçalar şırhaşır axırdı. Ə.Əbülhəsən. Qoşabulağın suyu axıb novçaya töküldükcə selin qabağınca gələn daşların şaqqıltısını xatırladırdı. S.Rəhman.
|
NOVDAN (ID - 31181)is. [fars.] bax novça. Əriyən qarın axıb getdiyini, novdanlardan suyun töküldüyünü gördükcə yaz yada düşürdü. Mir Cəlal. Novdanları yağış döyür.. pəncərəmi yel qırır; Bir qapının arxasında körpə uşaq hıçqırır. Ə.Cəmil....
|
NOVELLA (ID - 31182) |
NOVELLAÇI, NOVELLAYAZAN (ID - 31183)is. Novella yazan yazıçı, novella müəllifı.
|
NOVLU (ID - 31184)sif Novu olan.
|
NOVOKAİN (ID - 31185)[lat. novus - yeni və (ko)kain] Keyləşdirmə və başqa müalicə məqsədləri üçün işlədilən tibbi preparat.
|
NOVRUZ (ID - 31186)is. [fars. yeni gün] Baharın girdiyi ilk gün (martın 22-nə uyğun gəlir). Hər gün açır könlümü zövqi-visalın yengidən;
Gərçi güllər açmağa hər ildə bir novruz olur. Füzuli. // Həmin gün edilən bayram. Ax, gözəl bayram,... |
NOVRUZGÜLÜ (ID - 31187)is. İlk baharda açılan sarı çiçəkli ətirli gül. Dağlar, çöllər dişərdi; Novruzgülü göyərdi. A.Səhhət. Salamladıq bülbülü; Açıldı novruzgülü. M.Dilbazi.
|
NOVRUZQABAĞI (ID - 31188)zərf Novruzdan əvvəlki günlər, novruza bir neçə gün qalmış, novruz ərəfəsi. [Nişanlı qıza] novruzqabağı çərşənbə yemişi, novruz bayramında tel, paxlava.. və s. həlviyyat xonçası, üstə bir əlbəsəlik ipəkparça labüd...
|
NOYABR (ID - 31189)[lat.] Təqvim ilinin on birinci ayı. ^
|
NÖKƏR (ID - 31190)is. Keçmişdə ağasına xidmət edən və onun şəxsi tapşırıqlarını yerinə yetirən ev xidmətçisi (oğlan). [Əhməd tacirbaşı] özü sərkarını, sarbanını, bir də nökərlərini, gözəgələn igidlərini götürüb çıxdı bir uca...
|
NÖKƏRÇƏ (ID - 31191)is. Balaca nökər, nökərçilik edən balaca oğlan uşağı. [Qoca:] Nökərçəmiz bir cam buğlana-buğlana bişmiş süd gətirdi. A.Divanbəyoğlu.
|
NÖKƏRÇİLİK (ID - 31192)is. Nökər olma, nökərlik etmə. Nökərçilik etmə. - [Rəhim Leylaya:] Mən atamı, anamı unudub bu qapıda səndən ötrü nökərçiliyi qəbul eyləmişəm. N.Vəzirov. Bəxtiyar bütün ömrünü özgələrin qapısında nökərçiliklə keçirdiyindən...
|
NÖKƏRLİK (ID - 31193)is. Nökərin işi, vəzifəsi; nökərçilik.
|
NÖQSAN (ID - 31194)is. [ər.] 1. Çatışmayan cəhət, çatışmazlıq. Nöqsanları aradan qaldırmaq. Nöqsana göz yummaq onun ömrünü uzatmaq deməkdir. M.İbrahimov.
Qüsur, qəbahət, eyib, naqislik. Onun nöqsanı nədədir? - Indi sənin özün təsəvvür... |
NÖQSANLI (ID - 31195)sif 1. Nöqsanı olan, qüsurlu, eyibli, kəsirli, səhvli. Nöqsanlı kitab. Nöqsanlı yazı. - Şagirdlərin yazı nitqləri çox nöqsanlıdır. M.İbrahimov. Qeyri-kamil, eyibli, zədəli, çatışmayan cəhəti olan. Nöqsanlı mal.
|
NÖQSANLILIQ (ID - 31196)is. Nöqsanlı şeyin halı, qeyri-kamillik.
|
NÖQSANSIZ (ID - 31197)sif. Heç bir nöqsanı, eybi, kəsiri olmayan; kəsirsiz, qüsursuz. Nöqsansız iş. Nöqsansız yazı.
|
NÖQSANSIZLIQ (ID - 31198)is. Nöqsansız şeyin halı; qüsursuzluq, kəsirsizlik.
|
NÖQTEYİ-NƏZƏR (ID - 31199)is. [ər.] Müəyyən bir məsələ haqqında fikir, görüş, mülahizə, baxış; baxım. □ Bu nöqteyi-nəzərdən - bu baxımdan. ...nöqteyi-nəzərindən - ..baxımından. Hüquqi nöqteyi-nəzərdən bu sənəd saxtadır. Çəmənzəminli.
|
NÖQTƏ (ID - 31200)is. 1. Qələm, karandaş, iynə və s. bu kimi şeylərin ucunun bir yerə batmasından, ya toxunmasından qalan girdə xalcıq, iz, ləkə. Nöqtələr şəklində güllər vurmaq. Xətt nöqtələrdən ibarətdir. // məc. Zorla seçilə bilən, nöqtəyə...
|
NÖQTƏBƏNÖQTƏ (ID - 31201)zərfi[ər. nöqtə və fars. ...bə...] Tamamilə, olduğu kimi, eynən, heç bir kəlmə buraxmadan, kəlməsi-kəlməsinə, sözbəsöz, bütün təfərrüatı ilə. Nöqtəbənöqtə danışmaq. Nöqtəbənöqtə yazıb vermək. - Yazılsa nöqtəbənöqtə,...
|
NÖQTƏCƏ (ID - 31202)zərf Son dərəcə az, olduqca az; zərrəcə. Dəhənin sirrini sordum, dedi, yoxdan nə deyim; Seyyidin nöqtəcə yox əqli, nə nadan görünür. S.Ə.Şirvani.
|
NÖQTƏLƏMƏ (ID - 31203)“Nöqtələmək” dən f is.
|
NÖQTƏLƏMƏK (ID - 31204)f Nöqtə və ya nöqtələr qoymaq, nöqtə düzmək.
|
NÖQTƏSİ-NÖQTƏSİNƏ (ID - 31205)bax nöqtəbənöqtə.
|
NÖMRƏ (ID - 31206)[lat. numerus - ədəd] 1. Bir şeyin eyni cinsli şeylər sırasında sıra sayı. Evin nömrəsi. Inventar nömrəsi. Biletin nömrəsi.
Üzərində sıra nömrəsi yazılmış (pətə, kağız parçası və s.) hər hansı bir şeyin, xüsusən,... |
NÖMRƏBAZ (ID - 31207)sif [lat. numerus və fars. ...baz] dan. Hiyləgər, fırıldaqçı, kələkbaz. Nömrəbaz adam.
|
NÖMRƏLƏMƏ (ID - 31208)“Nömrələmək” dən f.is.
|
NÖMRƏLƏMƏK (ID - 31209)f Şeylərə sıra üzrə rəqəm yazmaq, nömrə qoymaq. Kitabları nömrələmək. Yerləri nömrələmək (teatrda, kinoda və s.-də).
|
NÖMRƏLƏNMƏK (ID - 31210)məch. Nömrə yazılmaq, nömrə qoyulmaq. Qapılar nömrələnib.
|
NÖMRƏLƏNMİŞ (ID - 31211)f.sif Nömrə yazılmış, nömrə vurulmuş. Nömrələnmiş sənədlər. Nömrələnmiş yerlər.
|
NÖMRƏLİ (ID - 31212)sif Nömrəsi olan, nömrə yazılmış, nömrə vurulmuş. Nömrəli qapı. Nömrəli maşın. - Qarı daima beş nömrəli yumşaq vaqona minərdi.. Ə.Əbülhəsən.
|
NÖMRƏSİZ (ID - 31213)sif Nömrəsi olmayan, nömrə vurulmamış, nömrə qoyulmamış. Nömrəsiz otaq. Nömrəsiz siyahı. - Nömrəsiz kamera bu hay-küydən uzaq idi. Mir Cəlal.
|
NÖŞ (ID - 31214) |
NÖŞÜN (ID - 31215)“Nə üçün” sözünün canlı dildə işlənən təhrif edilmiş forması. Ey gözüm, nə dəyib kövrək könlünə? Ey şirin güftarım, nöşün ağladın? M.P.Vaqif. [Məşədi Püstə bacı:] Ay Xeyransa bacı, Inayəti nöşün evləndirmirsən?...
|
NÖV (ID - 31216)is. [ər.] 1. Dürlü, cür, təhər, çeşid. Bu növ şey görməmişəm. - Zəmani-hicrdə gah ağlayıb, gah gülürəm; Bu eşq aləminin özgə növ haləti var. S.Ə.Şirvani. □ Bir növ birtəhər, nə yaxşı, nə pis, orta, babat. [Məcid:]...
|
NÖVARASI (ID - 31217)sif. biol. Müxtəlif bitki və ya heyvan növləri arasında əmələ gələn. Növarası cütləşmə.
|
NÖVBƏ (ID - 31218)is. [ər.] 1. Hər hansı bir işin icrasında ardıcıllıq, sıra qaydası. Məsələləri növbəyə qoymaq. Növbəyə riayət etmək. □ Birinci (ilk) növbədə - hər şeydən əvvəl, hamıdan qabaq. Tresti kəsirdən qurtarmaq üçün birinci...
|
NÖVBƏDƏNKƏNAR (ID - 31219)sif Növbədə nəzərdə tutulmayan, vaxtı, müddəti qabaqcadan müəyyən olmayan.
|
NÖVBƏLƏNMƏ (ID - 31220)"Növbələnmək” dən f.is.
|
NÖVBƏLƏNMƏK (ID - 31221)bax növbələşmək.
|
NÖVBƏLƏŞMƏ (ID - 31222)“Növbələşmək” dən f.is.
|
Bu səhifə dəfə baxılıb