
NÖKƏRis. Keçmişdə ağasına xidmət edən və onun şəxsi tapşırıqlarını yerinə yetirən ev xidmətçisi (oğlan). [Əhməd tacirbaşı] özü sərkarını, sarbanını, bir də nökərlərini, gözəgələn igidlərini götürüb çıxdı bir uca təpənin başına. “Koroğlu” . Nökər içəri daxil olub, Bahadıra: - Bir şəxs sizi görmək istəyir, dedi. N.Nərimanov. // nifr. Başqasına qulluq göstərən, yaltaqlıq edən adam haqqında.
Paylaşın - Hamı bilsin
|