İzahlı lüğət

NƏŞƏLİ (ID - 30923)

sif. 1. Şən, şad, fərəhli. Ceyran çox nəşəli görünürdü, danışır, gülür, əylənirdi. S.Hüseyn. Bu gün nəşəlidir söylədiyim qız; Bir qızartı çöküb yanaqlarına. S.Vurğun. Könüllər nəşəli, ürəklər sərin; Bülbül...

NƏŞƏSİZ (ID - 30924)

sif. və zərfi Bikef, pərt, məyus, kefi pozulmuş. Nəşəsiz sima. - Əşrəf Əhmədin otağından çox nəşəsiz çıxdı. A.Şaiq.

NƏŞƏSİZLİK (ID - 30925)

is. Məyusluq, bikeflik, tutqunluq.

NƏŞƏT (ID - 30926)

is. [ər.]: nəşət etmək - törəmək, əmələ gəlmək, hasil olmaq, vücuda gəlmək, zahir olmaq, irəli gəlmək. Qüvvətə bağlıdır aləmdə həyat; Qüvvətdən nəşət edir mövcudat. A.Səhhət. Gövhərtacın mərəzinin istəklisinin...

NƏŞİDƏ (ID - 30927)

is. [ər.] şair. Şeir, mahnı, təranə. Yadımdadır bu gün belə; Bir bəxtiyar sevinc ilə; Könlümün ilk bəstəsini; Ruhumun nəşidəsini; Oxuduğum əziz günlər. M.Müşfiq. Hanı ağ suların xoş nəşidəsi; Burda nə ildırım, nə şimşək...

NƏŞR (ID - 30928)

is. [ər.] 1. Çap edib yayma, çap edilib yayılma. “Əkinçi” nin nəşri öz dövrü üçün böyük tarixi hadisə idi. □ Nəşr etmək - çap edib yaymaq. Kitab nəşr etmək. Qəzet nəşr etmək. - Hər biri şərh edər öz əfkarın; Nəşr...

NƏŞRİYYAT (ID - 30929)

is. [ər.] Kitab, qəzet, jurnal və s. nəşr etməklə məşğul olan müəssisə, idarə. Azərbaycan Dövlət Nəşriyyatı. Yazıçılar Ittifaqı Nəşriyyatı. Musiqi Nəşriyyatı.

NƏŞRİYYATÇI (ID - 30930)

is. 1. Nəşriyyat işçisi.
2. köhn. Nəşriyyat sahibi.

NƏŞVÜNÜMA (ID - 30931)

is. [ər.] köhn. Böyümə, inkişaf və tərəqqi etmə, artma. Nəşvünüma etmək. Nəşvünüma tapmaq. - Əlli sənə millətə xidmət eləmək, onun ürəyində gözəl və pakizə hissiyyatın doğub nəşvünüma tapmasına səbəb olmaq -...

NƏT (ID - 30932)

is. [ər.] Məhəmməd peyğəmbərin şəninə deyilmiş mədhiyyə.

NƏTİCƏ1 (ID - 30933)

is. [ər.] 1. Bir işdən, hadisədən və s.-dən doğan, çıxan hər hansı başqa bir hadisə və ya vəziyyət, hal; son, aqibət. Işin nəticəsi. Təcrübənin nəticəsi. - ..Əlbət ki, bunun bir nəticəsi olacaq, yoxsa bu işlər özbaşına...

NƏTİCƏ2 (ID - 30934)

is. [ər.] Nəvənin uşağı. Qoca kişi gözü dolusu: - Nəticə, - dedi, - nəvənin uşağı nəticə olmurmu? S.Rəhimov. [Tahir:] Sən nəvə nədir, nəticəni də görəcəksən, hələ bir kötükcəni də. M.Hüseyn.

NƏTİCƏLƏNDİRMƏ (ID - 30935)

"Nəticələndirmək” dən f.is.

NƏTİCƏLƏNDİRMƏK (ID - 30936)

f Bir nəticə ilə qurtarmaq, sona çatdır-maq, başa vurmaq, nəticə əldə etmək.

NƏTİCƏLƏNMƏ (ID - 30937)

“Nəticələnmək” dən f.is. [Əhməd] işin bu cür nəticələnməsindən təəccüblənib dərin fikrə getdi. B.Talıblı.

NƏTİCƏLƏNMƏK (ID - 30938)

f 1. Nəticəsi olmaq, bir nəticə ilə qurtarmaq, bitmək, sona çatmaq. Iş bədbəxtliklə nəticələndi.
Həyata keçmək, bitmək. Iş nəticələndi.

NƏTİCƏLİ (ID - 30939)

sif Nəticəsi olan, yaxşı nəticə verən, müvəffəqiyyətlə qurtaran. Nəticəli zəhmət.

NƏTİCƏSİZ (ID - 30940)

sif. Nəticəsi olmayan, məqsədə çatmayan, heç bir. nəticə verməyən, sonu müvəffəqiyyətsiz, aqibətsiz. Nəticəsiz iş. // Zərf mənasında. Danışıqlar nəticəsiz qurtardı. □ Nəticəsiz qalmaq - axırı boşa çıxmaq, sonu müvəffəqiyyətsiz...

NƏTİCƏSİZLİK (ID - 30941)

is. Nəticəsi, axırı olmama; müvəffəqiyyətsizlik, aqibətsizlik, uğursuzluq. Təşəbbüsün nəticəsizliyi. Danışıqların nəticəsizliyi. - ..Şiraslanın müvəfifəqiyyətsizliyindən, bu işin nəticəsizliyindən [Solmaz] nə qədər...

NƏÜZÜNBİLLAH (ID - 30942)

köhn. “Allah göstərməsin” , “Allah eləməsin” , “üzdəniraq” mənalarında ərəbcə tərkib. Nəüzünbillah, mənim yadıma belə gəlir ki, keçən türk padşahları quldurbaşı kimi bir zad imişlər. C.Məmmədquluzadə. Orasını...

NƏVA (ID - 30943)

is. [fars.] 1. Avaz, ahəng, musiqi səsi. Qoy nəva ney tək edim ta nəfəsim var mənim. S.Ə.Şirvani. Heyfa ki, çıxmadı tarın sədası; Ucalmadı kamançanın nəvası. A.Səhhət.
İniltili səs. Ölümlərin pəncəsində hıçqıran; Məzlumların...

NƏVAZƏNDƏ (ID - 30944)

is. [fars.] köhn. Çalan, çalğıçı. ..Yenə xanəndə və nəvazəndələr gözəl nəğmələr oxuyurmu? F.Köçərli. [Hacı Mehdi oğlu Əsgər] Turşsu deyilən yerə qonaq çağırıb xanəndə və nəvazəndələr ilə onlara kef verərdi....

NƏVAZİŞ (ID - 30945)

is. [fars.] 1. Oxşama, əzizləmə, mehribanlıq etmə, riqqət göstərmə; mehribanlıq, riqqət. Qəhrəman həqiqətən anası Gülüşgəlindən də böyük nəvazişlər görmüşdür. S.Rəhimov. □ Nəvaziş etmək (göstərmək) - oxşamaq,...

NƏVAZİŞKAR (ID - 30946)

[fars.] bax nəvazişli 1-ci mənada. Nəvazişkar ana. - Nizami gülümsəyərək nəvazişkar bir surətdə vəliəhdə yanaşıb: - Özünü şaşırma, - dedi. M.S.Ordubadi. Tahir Lətifənin nəvazişkar cavabından ürəklənərək elə bil açıqdan-açığa...

NƏVAZİŞLİ (ID - 30947)

sif. Nəvaziş göstərən, əzizləyici, oxşayıcı, riqqətli, riqqətlə dolu. ..[Muradın] sönmüş ruhuna yalnız Nigarın nəvazişli əli bir sıcaqlıq verə bilərdi. S.Hüseyn.

NƏVƏ (ID - 30948)

is. Oğlun və ya qızın uşağı. Dövlətdə - dəvə, övladda - nəvə. (Ata. sözü). Izzət qarı dönüb yanında yatmış nəvəsi Qumruya baxdı. Ə.Məmmədxanlı.

NƏVƏ-NƏTİCƏ (ID - 30949)

op. Nəvələr, nəticələr hamısı birlikdə; uşaqlar, övladlar, nəsil mənasında. Ölməz-itməz Xədicə; Görər nəvənəticə. (Məsəl). [Bədircahan:] Nəvə-nəticələrindən artıq ömür edəcəksən.. N.Vəzirov.

NƏVVAB (ID - 30950)

is. [ər.] Naib sözünün cəmi; naiblər.

NƏZAFƏT (ID - 30951)

is. [ər.] Təmizlik, paklıq.

NƏZAKƏT (ID - 30952)

is. [ər., əsli fars.] 1. Tərbiyə, ədəb, mərifət; ədəb qaydaları. [Müəllimin] özündən ədəb və nəzakət xaricində heç bir hərəkət baş verməmişdi. S.Hüseyn. Xəlil məqsədinə nail olacağını duyaraq nəzakətini bir qat daha...

NƏZAKƏTLİ (ID - 30953)

sif. 1. Ədəbli, tərbiyəli, mərifətli. Nəzakətli qız. - [Günəş] nəzakətli, ciddi və iradəli bir qadın olmuşdu. A.Şaiq. [Xanım:] Nə qədər nəzakətlisiniz! - dedi, heç qarşınızda duranın qadın olduğunu düşünürsünüzmü?...

NƏZAKƏTLİLİK (ID - 30954)

is. Nəzakət, ədəb qaydalarını gözləmə; ədəblilik, tərbiyəlilik, mərifətlilik, incəlik.

NƏZAKƏTSİZ (ID - 30955)

sif. Ədəbsiz, tərbiyəsiz, mərifətsiz, kobud, qaba. Nəzakətsiz adam.

NƏZAKƏTSİZLİK (ID - 30956)

is. Ədəbsizlik, tərbiyəsizlik, mərifətsizlik, kobudluq, qabalıq. [Qətibə:] Səni sevdiyim üçün mənə əxlaqsız deməyin nəzakətsizlikdir. M.S.Ordubadi.

NƏZARƏT (ID - 30957)

is. [ər.] 1. Yoxlama məqsədilə baxma, göz qoyma, nəzər yetirmə, göz altında saxlama, fikir vermə, diqqət yetirmə. Hərbi idarələr [şəhərin] üzərinə ciddi nəzarət təyin etmişdilər. M.S.Ordubadi. Indi o, Qulamı öz nəzarəti...

NƏZARƏTÇİ (ID - 30958)

is. Nəzarət edən, baxan: vəzifəsi bir şeyə nəzarət etmək olan; baxıcı. [Pristav] kəndə gəlib Əhmədlə söhbət elədiyi ilk andan ondan şübhələnmiş və qərara almışdı ki, şəhərə qayıdan kimi onun adını şübhəli adamlar...

NƏZARƏTÇİLİK (ID - 30959)

is. Nəzarətçinin işi, vəzifəsi; baxıcılıq, gözətçilik, keşikçilik.

NƏZARƏTSİZ (ID - 30960)

sif. və zərf Üstündə nəzarət (göz) olmayan (olmadan), nəzarət edilməyən, baxıcısız, heç kəs tərəfindən nəzarət edilməyən. Nəzarətsiz əkin. Nəzarətsiz tikinti. - ..Bostanı nəzarətsiz qoymağa Qaranın ürəyi gəlmirdi....

NƏZARƏTSİZLİK (ID - 30961)

is. Nəzarətsiz şeyin halı, vəziyyəti, nəzarət olmadığı hal. // Baxımsızlıq.

NƏZDİNDƏ (ID - 30962)

[fars. “nəzd” dən] Yanında, idarənin tabeliyində. Institutun nəzdində kitabxana var. - Məktəb nəzdində olan cəmiyyətixeyriyyə onun uşaqlarını dərs pulundan azad etmişdi. Ə.Haqverdiyev. Trest nəzdindəki qazıma idarəsinin iş...

NƏZƏR (ID - 30963)

is. [ər.] 1. Baxma, baxış, baxmaq tərzi, gözlərin ifadəsi. Xoş nəzərlə baxmaq. Acıqlı nəzərlərlə süzmək. Küskün nəzər. Incik nəzər. - Ey gül, nə əcəb silsileyi-müşki-tərin var; Ahu nəzərin var! M.Ə.Sabir. [Ağsaqqal...

NƏZƏR-DİQQƏT (ID - 30964)

is. [ər.]: nəzər-diqqəti cəlb etmək - hamıda maraq oyatmaq, hamının diqqətini özünə çəkmək. [Xədicənin] başında açıq rəngli çadrası nəzər-diqqəti cəlb edirdi. S.Hüseyn. Bu adam, qatarı qarşılayan növbətçinin və sərnişinlərin...

NƏZƏRƏN (ID - 30965)

qoş. [ər.] klas. Görə, əsasən, baxılarsa, nəzərincə. Onun fikrinə nəzərən. [Mahmud bəy:] Ümidim var ki, haqq aşıqlığına nəzərən Pərini sənə versin. “Qurbani” .

NƏZƏRİ (ID - 30966)

sif [ər.] 1. Nəzəriyyəyə əsaslanan, nəzəriyyə olan, nəzəriyyə ilə əlaqədar, nəzəriyyə əsasında qurulmuş. Nəzəri əsər. Nəzəri məqalə. Nəzəri nəticə. - [Zeynal] musiqinin, şeir və ədəbiyyatın bəzi nəzəri cəhətlərini...

NƏZƏRİNCƏ (ID - 30967)

bax nəzərən.

NƏZƏRİYYAT (ID - 30968)

is. [ər. “nəzəriyyə” söz. cəmi] Sırf elmi-nəzəri məsələ.

NƏZƏRİYYƏ (ID - 30969)

is. [ər.] 1. Biliyin hər hansı bir sahəsində rəhbər tutulan ideyalar sistemi, elmi sistem; ictimai-tarixi həyatın gedişində toplanmış təbiət və cəmiyyət haqqındakı biliklərin məcmusu. İnqilabi nəzəriyyə. Ehtimal nəzəriyyəsi.
Təcrübi...

NƏZƏRİYYƏBAZ (ID - 30970)

is. və sif [ər. nəzəriyyə və fars. ...baz] Ancaq nəzəriyyəyə, mücərrəd nəzəri mülahizələrə əsaslanan, nəzəriyyə ilə oynayan adam; yalançı alim.

NƏZƏRİYYƏBAZLIQ (ID - 30971)

is. Real varlıq və ya praktik fəaliyyətdən sərf-nəzər edərək, yalnız nəzəriyyə, mücərrəd mülahizələrlə məşğul olma.

NƏZƏRİYYƏÇİ (ID - 30972)

is. Elmin, incəsənətin hər hansı bir sahəsinin nəzəri məsələlərini işləməklə məşğul olan şəxs. Nəzəriyyəçi fizik.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed