
NƏTİCƏSİZsif. Nəticəsi olmayan, məqsədə çatmayan, heç bir. nəticə verməyən, sonu müvəffəqiyyətsiz, aqibətsiz. Nəticəsiz iş. // Zərf mənasında. Danışıqlar nəticəsiz qurtardı. □ Nəticəsiz qalmaq - axırı boşa çıxmaq, sonu müvəffəqiyyətsiz olmaq, heç bir nəticə verməmək. Neçə-neçə hərbi xəstəxanada [Zeynalın] gözləri müalicə olunmuşdusa da, nəticəsiz qalmışdı. B.Bayramov.
Paylaşın - Hamı bilsin
|