NƏZARƏTis. [ər.] 1. Yoxlama məqsədilə baxma, göz qoyma, nəzər yetirmə, göz altında saxlama, fikir vermə, diqqət yetirmə. Hərbi idarələr [şəhərin] üzərinə ciddi nəzarət təyin etmişdilər. M.S.Ordubadi. Indi o, Qulamı öz nəzarəti altında saxlamaq istəyirdi. Ə.Əbülhəsən. □ Nəzarət etmək - nəzər yetirmək, üstünə göz qoymaq, baxmaq, xətirdə, yadda saxlamaq.
Hər hansı bir fəaliyyətə nəzarət edən idarə. Xalq nəzarəti. // köhn. bax nazirlik -ci mənada. Paylaşın - Hamı bilsin
|