NƏZƏRİYYƏÇİLİK (ID - 30973)is. Təcrübə deyil, yalnız nəzəri mülahizələrə əsaslanma.
|
NƏZİR (ID - 30974)is. [ər.] Dindar, mövhumatçı adamların, istək və arzu etdikləri bir şeyin yerinə yetiril-məsi ümidi ilə yoxsullara və ya din xadimlərinə verdikləri pul və s. Qadınların mərsiyəxanlara ver-dikləri nəzir köhnə tuman-köynəkdən...
|
NƏZİRƏ (ID - 30975)is. [ər.] ədəb. Bir şairin bir şerinə təqlidən yazılan, ya söylənən şeir; bənzətmə (2-ci mənada). Şəhriyar .. Seyid Əzimin “Gəlim” rədifli qəzəlinə gözəl bir nəzirə də yazmışdır... B.Nəbiyev.
|
NƏZİRƏÇİ (ID - 30976)is. Nəzirə yazan şair; təqlidçi.
|
NƏZİRƏÇİLİK (ID - 30977)is. Nəzirə yazma, bənzədərək yazma; təqlidçilik.
|
NƏZİRLİ (ID - 30978)sif. köhn. Nəzir üçün olan, nəzir edilmiş, nəzir məqsədilə edilən (b ax nəzir).
|
NƏZİR-NİYAZ (ID - 30979)bax nəzir. [Murad] vaxtilə yüzlərcə zəvvarın nəzir-niyaz gətirdikləri bu daşa diqqətlə baxdı. S.Hüseyn.
|
NƏZM (ID - 30980)is. [ər.] Poema, şeir tərzində yazılmış və ya söylənmiş mənzum ədəbiyyat (nəsr əksi). □ Nəzm etmək, nəzmə çəkmək - bir hadisəni, vaqiəni nəzmlə təsvir etmək. [Ağa Zaman:] Ağzımda söz danışıram, məsləhət edirik,...
|
NƏZMƏN (ID - 30981)sif. [ər.] Nəzmlə, mənzum olaraq, şeirlə. [M.Ə.Sabirin] məndə bir çox nəzmən və nəsrən yazılmış məktubatı var ki, cümləsi mənim məhəlli-iqamətim olan Qori şəhərində qalıbdır... F.Köçərli.
|
NƏZMİYYƏ (ID - 30982)is. [ər.] İranda polis, jandarm idarəsinin adı. Axşamüstü meyiti nəzmiyyəyə apardılar. P.Makulu.
|
NIĞIRTI (ID - 30983)b a x nıqqıltı. Düşməyə hazırlananların əvvəl nığırtıları, sonra da bağırtıları mənə dad verirdi. Qantəmir.
|
NIX (ID - 30984)is. dan. İnadlıq, tərslik, sözündən dönməmə. □ Nıx demək - inad göstərmək, sözünün üstündə durmaq, dediyindən dönməmək. Atası nə qədər dəlil-dəlayil dedisə mümkün olmadı. Qız nıx dediyin dedi. (Nağıl). [Molla Teymura:]...
|
NIQQILDAMA (ID - 30985)“Nıqqıldamaq” dan f.is.
|
NIQQILDAMAQ (ID - 30986)f Xəstəlikdən, ağrıdan inildəmək, zarıldamaq, şikayətlənmək, ax-uf etmək. Bir də məni vurma, aman, səngdil; Rəhm elə, nıqqıldayıram indi mən. M.Ə.Sabir. Sübhanverdizadə ağ mələfəli yorğan-döşək üzərində oturaraq xəstə...
|
NIQQILTI (ID - 30987)təql. İnilti, sızıltı, ax-uf (xəstəlikdən, ağrıdan). Xəstənin nıqqıltısı eşidilirdi.
|
NIRÇ (ID - 30988)təql. Dili basaraq, “yox” demə mənasında səs çıxartma. Lal Hüseyn nırç edib dodağını tərpətdi. M.İbrahimov.
|
NIRÇILDAMA (ID - 30989)“Nırçıldamaq” dan f.is.
|
NIRÇILDAMAQ (ID - 30990)f “Yox” mənasında nırç eləmək. Nə nırçıldayırsan? -Kətxuda nırçıldayaraq əlini havada oynatdı. M.Hüseyn.
|
NIRX (ID - 30991)is. Ən zəruri ehtiyacları təmin edən mallara hökumət orqanları tərəfindən qoyulan qiymət. Nırx kəsmək. - Gecə get cibinə beş, on manat sal; Gündüz gəlib nırxa, bahayə bir bax. Q.Zakir. [Hacı Murad:] Mən deyirəm, biz bazarın...
|
NIRILDAMA (ID - 30992)“Nırıldamaq” dan f.is.
|
NIRILDAMAQ (ID - 30993)f Nərə çəkmək, bağırmaq, bərkdən qışqırmaq. Maral yerə uzanıb nırnır nırıldayır. (Nağıl).
|
NITIQ (ID - 30994)sif Burnunda danışan. Nıtıq adam.
|
NİCAT (ID - 30995)is. [ər.] Qurtuluş, xilas; xilas olma, azad olma, qurtulma. [Mirzə Rza:] Mən balalarımın nicatından daha əvvəl Iranın nicatına ümid edib, Nəsrəddin şahın qətlinə iqdam etmişəm. C.Cabbarlı. [Qızın] gözləri nicat uman yazıq bir...
|
NİCATVERİCİ (ID - 30996)sif. Qurtarıcı, xilasedici, azad edən.
|
NİDA (ID - 30997)is. [ər.] 1. Hiss, həyəcan bildirən səs. Bu sözləri o, kövrək bir nida ilə deyərkən Tahir söhbətə ara vermək və bir daha dostunun könlünə toxunmamaq istədi. M.Hüseyn. Nisə xala! - deyə nida ucalanda qadın ətrafına baxındı....
|
NİFAQ (ID - 30998)is. [ər.] Pozuşma, çəkişmə, ixtilaf; ikitirəlik. [Mirzə Heydər:] Yol bir, məqsəd bir, əqidə bir olduqda arada nifaq mümkün deyil. Ə.Haqverdiyev. Kürdüstan dağlarında bəslənmiş bu iki çiçək.. nifaqa səbəb oldu. S.S.Axundov....
|
NİFRƏT (ID - 30999)is. [ər.] 1. Bir adama, işə, hərəkətə və s.-yə qarşı dərin ikrah, kin, narazılıq hissi. ..Qıza qarşı [Ruhnəvaz xanımın] ürəyində anlaşılmaz bir nifrət əmələ gəldi. Çəmənzəminli. [Qəhrəman:] Mən [xanımın] hiyləgər...
|
NİFRƏTAMİZ (ID - 31000)sif. [ər. nifrət və fars. ...amiz] Nifrət oyadan, nifrətə səbəb olan. Nifrətamiz bir mənzərə. Nifrətamiz hərəkət. // Nifrət bildirən, nifrətlə dolu, nifrətli. Keçmişdə “millət” sözü bizim dilimizdə az işlənərdi və...
|
NİFRƏTƏŞAYAN (ID - 31001)sif. [ər. nifrət və fars. ...şayan] Nifrətə layiq, ancaq nifrətə səbəb olan; pis, alçaq, mənfur. Nifrətəşayan adam.
|
NİFRƏTLƏNDİRİCİ (ID - 31002)sif Nifrət oyadan, nifrət doğuran, nifrət hissi oyadan; pis, alçaq. Nifrətləndirici hərəkət.
|
NİFRƏTLƏNDİRMƏ (ID - 31003)“Nifrətləndirmək” dən f.is.
|
NİFRƏTLƏNDİRMƏK (ID - 31004)f Nifrət oyatmaq, nifrət doğurmaq, ikrah etdirmək. [Uşaqlar] “atacan” - deyə onun üstünə gələndə, onları döyüb özündən nifrətləndirirdi. İ.Musabəyov.
|
NİFRƏTLƏNMƏ (ID - 31005)“Nifrətlənmək” dən f.is.
|
NİFRƏTLƏNMƏK (ID - 31006)f. Nifrət etmək, zəhləsi getmək, acığı gəlmək, qətiyyən xoşlamamaq. [Əbülhəsənbəy:] ..Mən qızların bu adi və ani sevişindən olduqca nifrətlənirdim. M.S.Ordubadi.
|
NİFRƏTLİ (ID - 31007)sif. Nifrət doğuran, mənfur, iyrənc.
|
NİFRİN (ID - 31008)is. [ər.] Lənət, bəddua, qarğış. [Qulu:] Heç hara qaçmaz, arxayın ol və o pulları salamat yeyə bilməyəcək, o qədər ki, nifrin ona olunur. N.Vəzirov. Orda-burda tutulan toyuqların qaqqıltısı, kəndli arvadlarının qarğış və...
|
NİGAH (ID - 31009)is. [fars.] klas. Baxış, baxma, nəzər. Həsrətli nigah. Şəfqətli nigah. - Qərəzin can isə bir tünd nigahın bəsdir; Heyfdir, atma oxun, hər biri min canə dəyər. Q.Zakir. Düşdükcə o istəkli səmtə nigahım; Əflakə ucaldı o zaman...
|
NİGAHBAN (ID - 31010) |
NİGAR (ID - 31011)is. [fars.] Əsil mənası “rəsm” , “şəkil” , “surət” olub, şeirdə məcazi olaraq “gözəl” , “məhbubə” mənasında işlənir. Yox, - dedim! - Bir dayan! Hələ sözüm var; Gəl mənə bir danış, ey nazlı nigar! S.Vurğun....
|
NİGARAN (ID - 31012)sif və zərf[fars.] Təşviş içində, rahatsız, həyəcanlı, iztirablı, narahat. Dəlilər, xanımlar Koroğludan çox nigaran idilər. “Koroğlu” . [Soltan bəy:] Balam, o uşaqlar evdə tək qaldılar, nigarandırlar. Ü.Hacıbəyov. [Mirzə...
|
NİGARANÇILIQ (ID - 31013)is. Nigaran hal, narahat vəziyyət, narahatçılıq. Nigarançılıq çəkmək. Nigarançılıq keçirmək. - ..Son həftələr Ulduzun gözlərinə böyük bir nigarançılıq kölgə salmışdı. Ə.Məmmədxanlı. Ata, ana, Zöhrə böyük nigarançılıq...
|
NİGARANLIQ (ID - 31014)bax nigarançılıq. Dördüncü məclis Şölə xanımın otağında vaqe olur. Şölə xanım və Nisə xanım qayət nigaranlıqla oturublar. M.F.Axundzadə. Səkinə ..
uzun intizar və nigaranlıqdan silkinərək evə qayıtdı. Mir Cəlal. |
NİHAN (ID - 31015)sif [fars.] klas. Gizli, məxfi, örtülü; gizli saxlanmış. Varımdı sinədə dərdü-qəminihan, ölürəm.. X.Natəvan. Yandırır qəlbimi bu dərdi-nihanım, nə edim? C.Cabbarlı. Nihan etmək (eyləmək) - gizlətmək, gizli saxlamaq, üstünü...
|
NİHİLİST (ID - 31016)[lat. nihil - heç nə] 1. XIX əsrin 60-cı illərində Rusiyada: zadəgan cəmiyyətinin ənənə və adətlərinə, təhkimçiliyə qarşı mənfi münasibət bəsləyən raznoçin ziyalı.
Hamının qəbul etdiyi norma, qayda və qanunlara, prinsiplərə... |
NİHİLİSTCƏSİNƏ (ID - 31017)zərf Nihilist kimi; heç bir norma, prinsip, ənənə qəbul etməyərək. Məsələyə nihilistcəsinə yanaşmaq. - [Səmirə:] Yox, Rima! Sən nahaq yerə adamlara bu cür nihilistcəsinə yanaşırsan. M.Hüseyn.
|
NİHİLIZM (ID - 31018)[lat.] 1. XIX əsrin 60-cı illərində Rusiyada: burjua-zadəgan ənənə və adətlərinə, təhkimçilik ideologiyasına mənfi münasibət bəsləyən mütərəqqi ictimai cərəyan.
Heç bir ənənə, qayda-qanun, prinsip qəbul etməmə. [Cəlil... |
NİJAD (ID - 31019)is. [fars.] köhn. Nəsil, nəsəb, soy. Nijadın sual eylədi pəhləvan. M.Ə.Sabir.
|
NİKAH (ID - 31020)is. [ər.] Kəbin, izdivac, evlənmənin qanuni şəklə salınması. [Arvadların] hər birisi ki, razı olsa ona dübarə Abbas Məhəmməd oğluna nikah oxuna və kəbin kağızı yazıla və hər birisi ki, razı olmasa, haman saat buraxıla.. M.F.Axundzadə....
|
NİKAHLANMA (ID - 31021)“Nikahlanmaq” dan f.is.
|
NİKAHLANMAQ (ID - 31022)f Kəbini kəsilmək.
|
Bu səhifə dəfə baxılıb